Bu günlərdə İstanbul küçələrində böyük casus savaşı baş verib. İddialara görə, Beyoğluda gəzən israilli bir qrup turist Mossad tərəfindən zirehli mikroavtobusla götürülərək birbaşa hava limanına aparılıb, oradan da İsrailə yola salınıb. İsrail mətbuatının yazdığına görə, bu İsrail vətəndaşları otellərinə çatsaydılar, orada onları gözləyən İran casusları ilə üz-üzə gələcəkdilər.
Hədəfdə olan insanlar kim olduqlarını araşdırmağa başlayınca ortaya maraqlı bir mənzərə çıxır. Hekayə əslində İranda başlayır. Son bir ayda İranda çox önəmli şəxslər bir-birinin ardınca həyatını itirib.
Tehranda öldürülən Həsən Siad Khodadan sonra, aviasiya mütəxəssisi Ayoob Entezari və Natanz nüvə obyektində işləyən Kamram Malapour dəvət olunduqları şam yeməyində zəhərlənərək həyatlarını itiriblər. Evinin damından yıxılaraq öldüyü deyilən, 840 saylı Qüds Qüvvələrinin əsas üzvü kimi tanınan polkovnik Əli Esmaelzadəni də qeyd etmək lazımdır.
Səudiyyə Ərəbistanının dəstəklədiyi İran rejiminə müxalif mənbələr iki son dərəcə əhəmiyyətli alimin ölümünün ictimaiyyətdən gizlədilməyə çalışıldığını və ya əhəmiyyətsiz kimi göstərildiyini, polkovnik İsmaelzadənin ölümü ilə bağlı istintaqda şübhəli şəxs olduğu üçün intihar etdiyini yazıb.
İddialara görə, bu hadisələr sui-qəsdlərin qarşısını ala bilməyən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Tayebi zərbə altında qoyub. Tayeb öldürülən mütəxəssislərin yerinə israilli fikir adamlarını deyil, bütün İsrail vətəndaşlarını hədəf seçib.
Bu fonda, İstanbula gələn iranlı casusların adam oğurlayıb öldürməyə hazırlaşdıqları müəyyən olununca, Ceyms Bond filmlərinə heç də bənzəməyən casuslar savaşı başlayıb. Məlum fakt budur ki, İrandan olan bir qrup casus Türkiyə kəşfiyyat orqanları tərəfindən zərərsizləşdirilib.
İsrail mediası 2000-dək İsrail vətəndaşının hələ də İstanbulda olduğunu və onlara otel otaqlarını tərk etməmələri barədə göstəriş verildiyini yazır.
Təhdid davam etsəydi, İsrail Prezidenti Hersoq Prezident Ərdoğanla telefon danışığında təşəkkürünü bildirməzdi. Terrorla mübarizə müzakirə mövzusu olunca, öncədən təşəkkür yetərli deyil.
Diqqətimi çəkən məqam odur ki, hətta keçmiş Baş nazir Netanyahuya yaxın və Türkiyə əleyhinə olduğu bilinən media orqanları da İranın İstanbulda terror aktının qarşısını almaq üçün türklərin fövqəladə əməkdaşlıq sərgilədiyini yazır. Türkiyəyə rəğbət bəsləməyən media qurumları da yazır ki, Ankara Tehrana “mənim torpağımda əməliyyat fikrindən uzaq dur” ultimatumunu verib.
Tehran bütün bu iddialardan yalnız bir dəfə danışıb və İsraildən qisaslarını başqa ölkədə almaq fikrində olmadıqlarını deməklə kifayətlənib.
Hər halda, hələ də kimsə soruşacaqmı ki, coğrafiya taledirmi?…
Özay Şendir,
milliyet.com.tr
Şərhlər bağlıdır.