Onlar 22 yaşlı Nigar Eyqani, 21 yaşlı Şəqaiq Xane Zərrin və 41 yaşlı, 2 azyaşlı uşaq anası Jeyla Şərəfi Nəsrabadidir və onlar bəhai təriqətinə mənsub İran vətəndaşlarıdır.
Etibarlı mənbələrin bildirdiyinə görə, tutulan qadınlar həbs müddətində ailələri ilə yalnız qısamüddətli telefon əlaqəsi yarada bilib və onların hansı ittihamlarla həbs edilməsi barədə indiyə qədər heç bir məlumat verilməyib.
Qeyd edək ki, İranda müsəlman, özəlliklə şiə olmayan və digər məzhəblərə inanan vətəndaşlar hökumətin daimi təzyiqləri ilə üzləşirlər və bu basqılar bir çox hallarda onların həbsi ilə nəticələnir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.