Təbriz Turan TV “Təbriz Əldə Toxuma Xalçaçılar Birliyi”nin başçısı Əhəd Əzimzadənin bir neçə il öncəyə kimi əsas gəlir gətirən sahələrdən biri olan əldə toxuma xalçaçılığın acınacaqlı vəziyyəti diqqəti cəlb edib.
Əyalətdə 250 min nəfər birbaşa və dolayısı ilə məşğul olur. Lakin məsulların və ilgili qurumların laqeydliyi ucbatından ağır böhran yaşanır.
“Təbriz xalçası Azərbaycan bölgəsinin mədəni rəmzi kimi özünün keçmiş mövqeyini bərpa etməlidir. Buna görə də biz bütün səylərimiz istehsal və ixracatda dirçəmə və canlanmanın baş verməsinə həsr etmişik”, – deyə Əzimzadə bildirib.
O, ümumiyyətlə əldə toxuma xalçaçılıq sahəsinin bütün İranda ağır durumda olduğunu, bu ölkənin bu sahədə birinci yerdən dördüncü yerə gerilədiyini qeyd edib.
Birlik sədri əyalətdən İran parlamentində təmsil olunan millət vəkllərini tənqid edərək bu sahənin inkişafı və əldə toxuma xalça işçilərinin problemlərinin həll olunması üçün heç bir iş görmədiklərini deyib.
Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.
Hazırda əyalətdə birbaşa və dolayısı yolla on minlərlə insan xalçaçılıq sənayesi sahəsində fəaliyyət göstərir.
İxracın azalması, xammalın qiymətlərinin kəskin artması və azərbaycanlı xalça istehsalçılarının ölkə üzrə sığorta paylarının az olması bu sənaye fəallarının əsas problemləri sayılır.
Şərhlər bağlıdır.