GENERALIN İDDİASI:

BU GÜN BİZ RAKET VƏ DRON İXRACATÇISINA ÇEVRİLMİŞİK

Azerbaycan-ruznamesi.org İranın “Əl-Aləm” telekanalının saytına istinadən xəbər verir ki, İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı iddia edib: “Keçmişdə bizim bugünkü hərbi gücümüz yox idi. Bir vaxtlar biz xaricdən tikanlı məftil idxal edirik, indi isə raketlər və insansız uçaqlar ixrac edirik”.

İllərdir düşmən tərəfindən kombinasiyalı müharibənin şahidi olduqlarını deyən General Əmir Əli Hacızadə bildirib: “İqtisadi problemlərimiz iki əsas amildən irəli gəlirdi: Bunlardan biri düşmənin sanksiyaları və təzyiqi ilə başlayan xarici faktor idi. Düşmən bütün gücünü bu sanksiyaya sərf edib”.

Şərhlər bağlıdır.