Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə İnstitutun materialları əsasında hazırlanmış “Tarixə dair əski çap kitabları” kataloqu işıq üzü görüb.
Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Tahirə Həsənzadənin tərtib edib, nəşrə hazırladığı kataloqda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əski çap kitabları fondunda mühafizə olunan Azərbaycan, türk, fars, ərəb, rus və digər dillərdə, o cümlədən Avropa dillərində 600 kitabın izahlı təsviri verilmişdir. Sorğu kitabı ilk növbədə tarixçilər üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, elmi redaktoru Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, Ərəbdilli kitabların xülasəsini hazırlayan Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.