Təhlükəsizlik qüvvələri Azərbaycanlı şair Məhəmməd Riza Cəfərinin (Çalqın) Təbrizdəki evində axtarış aparıblar.
Azerbaycan-ruznamesi.org İranwire-ə istinadən xəbər verir ki, Azərbaycanlı şair cənab Cəfərinin evinə daxil olaraq evində axtarış apardıqdan sonra onun bütün şəxsi əşyalarını, o cümlədən telefonunu müsadirə edib. Onlar, kəşfiyyat idarəsinin 37-ci otağına getməsini istəyiblər.
Azərbaycanlı şairin Təbriz Kəşfiyyat İdarəsinə çağırılmasının səbəbləri hələlik bəlli deyil.
“Əlvida”, “Yalan sərgisi”, “Mən qadınların tərəfindəyəm” kitabları da cənab Cəfərinin (Çalqın) əsərlərindəndir.
Şərhlər bağlıdır.