İRAN ÇOX “NAZİK”DİR

İran saytlarl Sepahın quru hissələrindən birinin İraq Kürdistanında yerləşən kürd inqilabçı/əksinqilab, antiiran  qruplarının məskənlərini artilleriya atəşləri ilə vurmağa başladığı haqqında  məlumat veriblər.

Məlumatda artilleriya hücumuna məruz qalan region “Şimali İraq iqlimi” adlanır. Burada İraq Kürdüstanının nəzərdə tutulduğu aydındır. Amma İran bu günlərdə “kürd əksinqilab  qüvvələri”, “kürd antiiran qüvvələri” ifadələri işlətmir. Yalnız “antiiran”, “əksinqilab” ifadələrindən istifadə edir. Adi günlərdə bəzən “İraq” sözü belə işlətmədən “Kürdistan iqlimi” deyən İran indi kürdlərin guya xətrinə dəyməmək üçün “kürd” və “Kürdüstan” terminləri işlətmir. Əcəbdir? Yox, farssayağı ehtiramdır. Kürdləri İraq Kürdistanında bombardman edir, amma deyir ki, Şimali İraq və ya  İraqın şimalında iqlim, yəni region, bölgə. Çox nazik və mədənidirlər. Deyilmi?

Nə deyəsən.

Vidadi Mustafayev

Şərhlər bağlıdır.