İRANDA TƏLƏBƏ AKSİYALARI GENİŞLƏNİR

Yəzd Universitetinin öyrənciləri başqa Universitetlərin öyrənciləri ilə həmrəylik nümayiş etdirərək dərsləri dayandırdıqlarını bildiriblər.

Onlar yaydıqları bəyanatda öyrəncilərin həbs edilməsi, oğurlanması və Universitetdən qovulmalarını pisləyib, buna etiraz olaraq noyabrın 5-dən tətil aksiyasına başladıqlarını elan ediblər.

Qeyd edək ki, bu günə kimi hökumət qüvvələri tərəfindən həbs edilən yüzlərlə öyrəncinin 392 nəfərinin kimliyi müəyyənləşdirilib.

Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.