“Əl-Qaidə” terror təşkilatının 2-ci şəxsi hesab edilən Əbu Mehdi əl-Misri İsrailin xüsusi xidmət orqanlarının Tehranda keçirdikləri məxfi əməliyyat nəticəsində məhv edilib.
ABŞ-ın yuxarıda sözükeçən 2 səfirliyinin bomba yerləşdirilməsi ilə partladılmasında əsas rol oynayan və əsl adı Abdulla Əhməd Abdulla olan bu terrorçu İsrailin xüsusi xidmət orqanlarının keçirdikləri məxfi əməliyyatla məhv edilib.
Xatırladaq ki, avqustun 8-də İran mediası Tehranın “Pasdaran” küçəsində Livan vətəndaşı olan Həbib Davud adlı şəxsin 27 yaşlı qızı Məryəmlə birlikdə öldürüldüyü barədə məlumat yaymışdı.
“New York Times” 4 təhlükəsizlik mənbəsinin təhqiqatlarına əsaslanaraq bildirib ki, Məryəm Misri Üsamə bin Ladenin oğlu və yerinə qruplaşmanın rəhbəri gələn Həmzə bin Ladenin həyat yoldaşı olub. Həmzə bin Laden keçən il Pakistan- Əfqanıstan sərhədində keçirilmiş anti- terror əməliyyatında məhv edilib.
Qeyd edilir ki, uzun illərdir İranda yaşayan Əbu Mehdi əl- Misrini ABŞ kəşfiyyatı daim izləyib.
Bu terrorçunun 1998-ci ildən etibarən planlaşdırdığı və həyata keçirdiyi terror aktları nəticəsində 200-dən çox insan ölüb, 5000-dən çox insan isə yaralanıb.
Əbu Mehdi əl-Misri qızı Məryəm ilə birlikdə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasının düz 22-ci il dönümündə öldürülüblər. Bu şəxs ABŞ-ın axtarışa verdiyi terrorçular siyahısında idi və Federal Təhqiqatlar Bürosu onun barədə məlumat verənə 10 milyon dollar mükafat təyin etmişdi.
Şərhlər bağlıdır.