TƏBRİZLİ DEPUTAT: BU, ÖLKƏDƏ PARTLAYIŞA SƏBƏB OLDU

Konstitusiyanın 27-ci maddəsinə əsasən vətəndaşların etiraz aksiyaları keçirmək hüququ var.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu sözləri Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkian nümayişlərlə bağlı fikir bildirərkən deyib.

O, qanunların icra edilmədiyinə diqqət çəkib:

“Nümayişlərin keçirilməsinə icazə məsələsində hakim siyasətçilərin şəxsi baxışları əhəmiyyətli rol oynayır. İcazəli aksiyaların keçirilməsinə imkan verilməməsi hakimiyyətə qarşı kin və nifrəti daha da artıraraq, hazırkı şəraitin yaranmasına, partlayış baş verməsinə səbəb olub. Ölkədə baş verənlər dövlət idarəçiliyində şəffaflığın olmaması ilə əlaqədardır”.

Şərhlər bağlıdır.