CÜMƏ İMAMININ XÜTBƏSİNDƏN SONRA CAMAAT KÜÇƏLƏRƏ AXIŞDI

Ötən cümə Zahidan camaatı sözə bənd imiş kimi küçələrə axışıb. Bu dəfə onlar cümə imamı Moləvi Əbdulhəmidin tənqidi xütbəsinə biganə qalmayıblar. Küçələrə çıxan camaat şüarlar səsləndiriblər.

Bəs Moləvi Əbdülhəmidin hansı sözləri onları bu qədər duyğulandırıb ki, xütbədən sonra etiraza çıxıb, şüarlar səsləndiriblər. Gəlin onun namaz xütbələrində vurğuladığı kəlamlarla tanış olaq:

“Məhbusa təzyiq etmək haramdır. Məhbusu alçaltmaq, təhqir etmək olmaz. Hər bir insana hörmət edilməlidir. Bütün insanların ləyaqəti var. Din bunları demir”.

Moləvi Əbdülhəmid ayrıca dedi: “Məhkum təhqir edilməməlidir. Məcburi etiraf məhbusun hüququnun pozulmasıdır. Bu, İslamın və dinin dediyi bir şey deyil”.

İslam Respublikasının tənqidçilərlə davranış təcrübəsini təqid edən cənab Əbdülhəmid deyib: “Tənqidçiləri həbs etməyin. Tənqid ölkənin dərmanıdır. ən böyük problem tənqid qapılarının bağlı olmasıdır. Yazıçılar, jurnalistlər öz problemlərini ifadə etməkdə sərbəst olmalıdırlar”.

Zahidanın sünni cümə imamı ayrıca deyib: “Xalq hökuməti istəmirsə, hökumətin dəyəri yoxdur. Hökumətin dəyəri xalqa xidmət etmək və məzlumun haqqını almaqdır”.

Cənab Əbdülhəmid ötən həftə Zahidanda “Qanlı Cümə”nin 300 yaralısı ilə keçirdiyi görüşünə toxunaraq dedi: “Bəzilərinin gözü yoxdur, ayaqları kəsilib. Onurğa beyni qırılıb. Bu hərəkətləri törədənlər mühakimə olunmalıdır”.

Cümə namazından sonra çoxlu Zahidan əhalisi küçəyə çıxıb və İslam Respublikası hökuməti, Rəhbər, İnqilab Keşikçiləri və Bəsic əleyhinə şüarlar səsləndiriblər. Bu etirazlar hökumətin sərt repressiyalarına və Zahidanda ciddi təhlükəsizlik mühitinə baxmayaraq hələ də davam edir.

İlkin məlumata görə, etirazçılar “Bu illər ərzində edam cinayəti bu əyalətdə”, “Xameneiyə ölüm” və “Təcavuz cinayət ölüm olsun bu vilayətə” kimi şüarlar səsləndiriblər.

Şərhlər bağlıdır.