İRANLILAR XARİCDƏN NİYƏ SIĞINACAQ İSTƏYİR?

İran heç də vəd edildiyi kimi cənnətlik bir ölkə deyil. Bunu 2022-ci ildə İrandan Avropa Birliyinə sığınacaq üçün müraciətlərin sayının artması da sübut edir.

Avropa Birliyinin Miqrasiya Agentliyi son illik hesabatında bu xüsusi vurğulanır:

– 2020 və 2021-ci illərdə iranlıların sığınacaq üçün müraciətlərinin sayı 7700 idisə, 2022-ci ildə bu rəqəm 13444-ə çatıb. Ötən il iranlıların müraciətlərinin yarısına baxılıb və üç minə yaxın insan sığınacaq alıb. 2014-cü ildən bəri 155 minə yaxın iranlı Avropa Birliyinə sığınacaq üçün müraciət edib və onların üçdə biri təsdiqlənib”.

Şərhlər bağlıdır.