İranın güc nazirlikləri milliyyətinə baxmayaraq bütün mübariz insanlrı hədəfə götürür. Bu zaman etniklərə qarşı xüsusi amansızlıqla davranılır.
İranda etnik bəlucların yaşadığı Zahidan şəhərində gənc həkim İbrahim Rigi polis bölməsində döyülərək öldürülüb.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Belə ki, gənc mütəxəssis işgəncə altında polis bölməsində həyatını itirdiyi göstərilir.
İbrahim Rigi oktyabr ayında etiraz aksiyalarına qoşulduğu üçün həbs edilmiş və yanvarın 1-də girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.
Şərhlər bağlıdır.