GÜNEY AZƏRBAYCANDA 80 TİCARƏT MƏKANI BAĞLANDI

MƏCBURİ HİCABI YAYMAMAQ BƏHANƏDİR

Şərqi Azərbaycan əyalətinin polis baş idarəsinin rəisi Hüseyn Əbdi aprelin 26-də vilayət ərazisində məcburi hicabın yayılması məqsədi ilə 80 sahibkarlıq subyektinin fəaliyyətinin bağlandığını və (hicabsız qadınların olduğu) 2011 avtomobilə xəbərdarlıq göndərildiyini açıqlayıb.

Həmçinin Şərqi Azərbaycan əyalətində İnformasiya İstehsalı və Mübadiləsi üzrə polis idarəsinin rəisi Möhsün Mahmudi isə sosial şəbəkələrdə məcburi hicaba riayət etməyən 151 istifadəçinin müəyyən edildiyini bildirib.

İslam Respublikası rejiminə qarşı ən uzun etirazlar kimi son aksiyaların əsas səbəblərindən biri məcburi hicaba qarşı olsa da, hakimiyyət hələ də qadınlara məcburi hicabın tətbiqində israrlıdır.

Halbuki, aylardır ölkə boyu qız məktəblərinə kimyəvi hücumlar davam etsə də, molla rejimi bu hücumlara qarşı heç bir təsirli tədbir görməyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.