Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin BƏYANATI

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin
BƏYANATI

 

1989-cu il dekabrın axırlarında, Naxçıvanda SSRİ ilə İran arasındakı sərhədlərin dağılması zamanı əsası qoyulmuş  “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” milli düşüncələrimizdə yeni bir dövrün başlangıcını qoydu.  1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Azərbaycan Demokrat Firqəsi ilk gündən Dünya Azərbaycanlılarının Həmrəylik gününü milli oyanışa, milli həmrəyliyə və milli dayanışmaya xidmət edən əhəmiyyətli tarixi hadisə hesab edir və hər il  əldə olunmuş  nailiyyətlərimizin hesabatı günü olaraq  qeyd edir.

– Milli həmrəylik günü milli hüquqlarımız və istiqlalımış yolunda Şəhid olmuş həmvətənlərin xatirəsini dərin məhəbbətlə yad edirik.

– Azərbaycan ərazilərinin azad edilməsi yolunda canlarını qurban vermis övladlarımızın ruhu qarşısında baş əyirik.

– Milli hüquqlarının əldə olunması naminə mabarizədə İran molla rejiminin zindanlarında işgəncələrə məruz qalan, olmazın əzablarını çəkən ogul və qızlarımızın müdafiəsindəyik.

Bu günlərdə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhvəyə, həmçinin Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliginə verilən dəyərə görə bir qrup həmvətənlərimiz təltif edilmişlər. Eləcə də, fəaliyyəti genişlənməkdə olan milli-demokratik mediyamızın yüksələn humanism və həmrəylik  ruhu, məqsəd və məramlarımızın aydın və qərəzsiz ifadəsi mütərəqqi dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunmaqdadır.

Vətənimizin həm şimalında, həm də cənubunda, dünyanın müxtəlif guşələrində vətən övladlarının xoş gününə sevinir, agır gününə dəstək və dayanışma arzusu ilə xalqımızı təbrik edirik.

 

ADF MK-nın Siyasi Heyəti,
3 dey 1402/24 dekabr 2023

 

Şərhlər bağlıdır.