Fatimə Sepehri adlı bu iranlı xanımın fars dilində dedikləri mənim tərcüməmdə
aşağıda diqqətinizə təqdim olunur.
Təqdim etdi: Səməd Bayramzadə
“Əli Xamenei Vətəni Çin və Rusiyaya verdi”
Sepehri (çox güman ki, zindanda siyasi məhbus olan oğlunu nəzərdə tutur –
S.B.) iki gündür zəng etmir. Bilmirəm niyə?
Bayram tətili başlayandan bəri yalnız cümə günləri telefon danışığımızın
olmayacağını söylədi. Ancaq dünən iş günü olduğu halda cavab vermədi və bu
gün də telefonu bağlıdır. Halbuki, ancaq yalnız cümə günləri telefonun bağlı
olacağını söylədi. Artıq iki gündür zəng edilmir. Dünən gecə vəkilimiz olan
cənab Məkkiyə zəng etdim. Cənab Cəfərinin bir gün əvvəl zəng etdiyini,
vəziyyətinin çox pis olduğunu və əlinin çox ağrıdığını söylədi. Həkimlər ona
boynunda və bədənində problem olduğu barədə diaqnoz qoymuşlar. Müharibə
iştirakçısıdır. O da qazidir və şəhid ailəsidir və 20 aydır həbsdədir.
Biz, siyasi məhbus ailələri, yaxınlarımızdan çox narahat oluruq. Aprel ayının 1-
də həbsxanaya gedəndə cənab Xameneinin ölkəni Çinə və Rusiyaya
sürükləməklə məşğul olduğunu söylədim.
Hələ də öz sözümdəyəm. Bir neçə gün əvvəl “Keyhan” qəzetinin rəhbəri cənab
Hüseyn Şəriətmədari gəlib İran və Çin arasında 25 illik müqaviləyə qarşı
çıxanları axmaq, dəli və xain adlandırdı.
Buradan demək istəyirəm:
– Cənab Şəriətmədari, ey Xamenei ailəsinin nas (toz halında ağıza qoyulub
istifadə edilən narkotik maddə -S.B.) daşıyanı, manqal başında dayananı (tiryək
hoqqasını hazırlayanı mənasında -S.B.), yaltağı, axmaq sənin insanları təhqir
etməyə haqqın yoxdur. Sizin ləyaqətiniz hər şeyi, ölkəni Çin və Rusiyaya
satmaqdadır.
İslam Respublikasının gəldiyi gün “Nə Şərq, nə də Qərb” dediniz. Pulumuzu
aparıb Qərbdə xərcləyirsiniz, ölkəmizi Rusiya və Çin üçün xərcləyirsiniz.
Ölkəmizi artıq onlara bağışlamısınız.
Vətəni satan, xain, axmaq və dəli sizsiniz ki, ölkəni bu qədər asanlıqla əldən
verirsiniz, satırsınız.
Vətəni İraqa verməmək, bir ovuc torpağı yadlara satmamaq üçün 14 aylıq
körpəsini atasız qoyan qurbanlardan biri mənəm və mənim uşaqlarım kimi bir
çox körpələr dünyaya gəlməmişdən daha əvvəl Vətəni qorumaq üçün Iran-İraq
müharibəsində atalarını itirmiş oldular.
İndi isə bir nasçı, manqal başında duran bir adam yanıma gəlir və deyir ki, bu
müqaviləyə qarşı çıxanlar axmaq, dəli və xaindirlər.
Əri Senendecdəki Mərivan dağında qalmış bir şəhid ailəsi olaraq bu müqaviləyə
qarşıyam. Şəhid ərimin dəfn olunduğu torpağı da yoxdur ki, qəbrinin üstünə
gedim və ona deyim: “Əziz Əlim, məni 17 yaşında 14 aylıq bir uşaqla qoyub
vətəni yadlardan qurtarmaq üçün getdin. Bu gün haradasan ki, Xamenei
vətənini ona-buna bu qədər asanlıqla verir?”
Ey İran xalqı, İslam Respublikası deməyin, İslam Respublikası bir fəlakətdir.
Sizin həqiqi nümayəndələriniz həbsdədirlər.
Şərhlər bağlıdır.