İran İnsan Haqları Təşkilatı İranda insan haqlarının vəziyyəti ilə bağlı yeni
hesabat dərc etməklə, son altı ayda 249 edam hadisəsini açıqlayıb və
prezident seçkilərindən sonrakı günlərdə edamların şiddətlənməsi ilə bağlı
xəbərdarlıq edib.
İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Müqəddəm öncəki
dövrlərin təcrübəsinə istinad edərək hesab edir ki, İslam Respublikası
hakimiyyəti, İnsanları seçkilərdə iştiraka sövq etmək məqsədi ilə cəzaların
icrasını azaldır və seçkidən dərhal sonra edamların sayı kəskin şəkildə
artır.
Əmiri Müqəddəm müxatiblər və beynəlxalq ictimaiyyəti qarşıdan gələn
edam dalğası ilə bağlı xəbərdar etdi və onlardan xahiş etdi ki, “Mümkün
edam dalğası ilə qarşılaşmağa və ona düzgün cavab verməyə indidən
hazırlaşın.”
İranda insan haqlarının pozulması və cəzaların icrası ilə bağlı
monitorinqlərə əsaslanan bu təşkilatın son tapıntıları göstərir ki, son altı
ayda azı 249 nəfər edam edilib ki, onlardan on nəfəri qadındır.
Bu təşkilatın hesabatına görə, 14 nəfər təhlükəsizlik və dini səbəblərə görə
edam edilib, onlardan 5-i İsrailin xeyrinə casusluq ittihamı ilə edam edilib.
Bu hesabatın məlumatları göstərir ki, edam edilənlərdən 35-i Bəluç idi.
Bəluç vətəndaşlar bütün edamların yüzdə 14-ni təşkil edir, hal bu ki
Bəluçlar isə İranın ümumi əhalisinin yalnız yüzdə 2-6-ni təşkil edir.
Beynəlxalq Əfv Təşkilatı dünyada edam hökmü ilə bağlı özünün son illik
hesabatında İranda edamların əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib
və ötən il dünyada qeydə alınan bütün edamların təxminən yüzdə 75-nin
İranda həyata keçirildiyini bildirib.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.