İRANDA DAHA BİR EDAM

Daniyal Kazeminejad Kirmanşahda Bəsic üzvünü öldürməkdə ittiham
edilərək edam edilib
Bəsic üzvünü “qəsdən öldürmə” ittihamı ilə “Daniyal Kazeminejad”ın edam
hökmü 21 iyul bazar günü səhər saatlarında öncədən xəbər verilmədən və
ailəsi ilə sonuncu dəfə görüşmək hüququ olmadan kirmanşahın Dizelabad
Həbsxanasında icra edilib.
“Hengav” insan haqları mediasının məlumatına görə, bu məhbus daha
əvvəl 2023-cü il iyulun 8-də Batı Azərbaycan Əyalətinin Qotur sərhəddində
İslam İnqilabı Keşikçiləri Korpusunun “Səcad Əmiri” adlı üzvünü
öldürməkdə ittiham edilərək həbs edilib və bir müddət sonra Kirmanşah
İnqilab Məhkəməsində edama məhkum edilmişdi.
11 iyun 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın media xəbər
verdi ki, əvvəllər Suriyaya getmiş İslam İnqilabı Keşikçiləri Korpusunun
üzvü Səccad Əmiri Kirmanşahda təhlükəsizlik missiyası zamanı öldürülüb.
İslam Respublikasının təhlükəsizlik qurumları onu “təhlükəsizliyi müdafiə
edən şəhid” adlandırıblar.
Bu xəbərə görə, təhlükəsizlik qurumlarının təzyiqi ilə “Daniyal
Kazeminejad”ın dəfn mərasimi 2024-cü il iyulun 21-i bazar günü axşam
doğulduğu kənddə keçirilib.
Hengav insan haqları mediası daha öncə bəyan etmişdi ki, keçən il İnqilab
Keşikçiləri edam edilmiş məhbus “Daniyal Kazeminejad”ın olduğu Şabadın
“Lor” kəndinə basqın edib və qarşıdurmadan sonra bu kəndin 160-a yaxın
vətəndaşı çağıraraq həbs edilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.