İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək
istəyən qüvvələrin olduğu bəllidir. Bu kontekstdə Pezeşkianın SEPAH
a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda
yayılan informasiyalar diqqət çəkir.
Pezeşkianın azərbaycanlı olması onun Azərbaycan maraqlarını İranın
maraqlarına qurban verəcəyi demək deyil, əksinə, rejimin içindən çıxan
doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin antiazərbaycan
qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki,
İsraillə qarşıdurmadan çəkinən Pezeşkian Azərbaycanla normallaşma
prosesini də dəstəkləyir və bu baxımdan, onun “Azərbaycanı vuraq”
mövqeyindən çıxış etməsi inandırıcı deyil.
Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan
qüvvələrin – SEPAH-ın özünün marağındadır. – Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz
üzə qoyur; – Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər.
İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə
almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də
hazırlayır və Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin
inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin
yaradılması məqsədi daşıyır.
Hərçənd Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması
üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir.
Asif Nərimanlı,
“Yeni Sabah” informasiya agentliyi
Şərhlər bağlıdır.