Əziz izləyicilər, ABŞ-də Azərbaycan Evinin açılışı olub və Ditapira məsələlərı Virciniyadakı icma ilə görüş keçirilib.
Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Azərbaycan Evinin açılmasını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, bu günə qədər xarici ölkələrdə açılan Azərbaycan Evləri soydaşlarımızın şəbəkələşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Fuad Muradov dövlətimizin diaspor siyasəti və komitənin gördüyü işlər barədə məlumat verib. İcma üzvlərinin çıxışlarında ABŞ-dəki Azərbaycan icmasının koordinasiyalı fəaliyyətinin gücləndiyi, təşkilatlanma və şəbəkələşmə proseslərinin sürətləndiyi nəzərə çatdırılıb. Daha sonra diaspor fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Görüş diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallıq, diaspor hərəkatının hədəfləri və s. kimi mövzularda qarşılıqlı fikir mübadiləsinin aparılması, icmanın gələcək fəaliyyət prinsiplərinin, perspektivlərinin müzakirəsi və sualların cavablandırlması ilə yekunlaşıb. Tədbirdə ADF-nin ABŞ təmsilçisi Rəhim Şəhbazi- də iştirak etmişdir.
Azerbaycan-Ruznamesi.org
Şərhlər bağlıdır.