a dostum, dəyişib zəmanə indi
qocalmış atları küllələmirlər
saf-cürük eləyib ora-burasın
cinsini, zatını saxtalayırlar…
ayagı yol tutan boz maydanları,
mənəm-mənəm deyib kişnəyənləri,
sulu qalanları axtalayırlar…
sonra qabagına ot əvəzinə
bir şaqqa iylənmiş ət tullayırlar
başı oz dərdinə qarışcın deyə,
“baş üstə”, “hə”, “yox”a alışsın deyə…
sonra buraxırlar göy cəmənliyə
bənövşə qoxulu gül-cicəkliyə…
indi nə söyləsin bu at ilxıya?!
indi şairlərin meydanı geniş
dastan baglayırlar gülə, cicəyə
yerli allahları məth eləyirlər…
aglına gəlməsin ay Dərviş Vəli
burda şairləri güllələyirlər…
Ədalət Qarabulud.
Növbəti
Şərhlər bağlıdır.