Gürcüstanda ilk: Bunu azərbaycanca yazdılar…

Gürcüstanda parlament seçkisindən əvvəl bölgələr uğrunda rəqabət kəskin
artıb.
Globalinfo.az xəbər verir ki, gürcü Teleqram kanalları hakim Gürcü Arzusu
Partiyasının xüsusilə bölgələri hədəf götürdüyünü yazıb. Buna əsas səbəb kimi
partiyanın son etirazlardan sonra şəhərlərdə və paytaxt Tbilisidə reytinqinin
aşağı düşməsi göstərilib. Özəlliklə bölgələrdə hər divar, hasar və ağaclara
hakim partiyanın posterlərinin yapışdırıldığı vurğulanıb.
Ölkənin şərqində kompakt məskunlaşan azərbaycanlıların yaşadığı ərazilərdə
isə Gürcü Arzusu ilkə imza atıb. Belə ki, burada təbliğat plakatlarının
Azərbaycan dilində yayımlandığı bildirilib.
“Tbilisi life” Teleqram kanalı isə paytaxdan Ermənistan sərhədinə qədər olan
yolda müxalifətin bir dənə də plakatının olmadığını yazıb. Bunun əvəzində isə
müxalifətin televiziya və sosial şəbəkələrə yatırım etdiyi bildirilib.
Qeyd edək ki, Gürcüstanda seçki dönəmi xüsusilə azərbaycanlıların yaşadığı
bölgələrdə daima rəqabətli keçib. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və
Gürcü Arzusu azərbaycanlıların səsini almağa cəhd edirlər. Əgər əvvəllər
Saakaşvilinin partiyası bu ərazilərdə daha böyük nüfuza sahib idisə, son
dönəmlər balans Gürcü Arzusunun xeyrinə dəyişib. Buna əsas səbəblərdən biri
kimi Vahid Milli Hərəkatın öz daxilində yaşadığı böhranlar və nəticədə
partiyadan kütləvi qopmalar göstərilir.

Şərhlər bağlıdır.