COP29 çərçivəsində “Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar?” müzakirəsi keçirilib
OP29 çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə (İRİA) “İqlim dəyişikliyində qadın liderlər: Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar” adlı panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, IDDA-da İnvestisiya və Esositem Dəstəyi Departamentində Layihə Meneceri Nikita Yudin, “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə və “Femmes Digitales”də həmtəsisçi və İdarə Heyətinin üzvü Şəhla Məmmədova sözügedən müzakirədə iştirak ediblər.
Panel müzakirəsində iqlim dəyişikliyinə qarşı mübarizədə qadınların liderliyi, texnologiya və innovasiyanın bu mübarizədə rolu, habelə gələcək nəsillərin bu sahədə maarifləndirilməsi məsələləri müzakirə edilib. Tədbir iştirakçıları qadınların iqlim problemlərinin həllinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb, qızların texnologiya, mühəndislik və iqlim sahələrində təhsil və peşəkar inkişaf imkanlarının artırılmasının vacibliyini qeyd ediblər.
Şərhlər bağlıdır.