İran diplomatı “Yaşasın Ermənistan!” deyir

Bir neçə gün əvvəl İran rejiminin Azərbaycan əleyhinə təbliğat və
informasiya zəhərinin başlıca ruporu olan “Səhər” televiziya kanalı
özünün hazırladığı bir sənədli filmin anonsunu yayıb.
Yaxın gələcəkdə kanalda nümayiş etdiriləcəyi bildirilən bu filmdə guya
Azərbaycanın, eləcə də Türkiyənin Ermənistanla gizli ticarət
əlaqələrindən danışılır. Bu üzdən film “Pünhan həqiqətlər”, yəni gizli
həqiqətlər adlanır.
Amma dövlət televiziyası olan bu kanal utanmazcasına “unudur” ki, istər
Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə, istərsə də
həmin torpaqların şanlı Azərbaycan Ordusu tərəfindən azad edildiyi 44
günlük müharibədən sonra İranın Ermənistana hərtərəfli dəstəyi heç
kəsə gizli olmayan aşkar həqiqətdir və belə şantaj xarakterli uydurma
filmlərlə azərbaycanlıları çaşdırmaq mümkün deyil.
Həmin filmin anonsunu ehtiva edən təqribən dörd dəqiqəlik süjetə
“Səhər” kanalının qoyduğu “Azərbaycan hakimiyyətinin erməni sevdası”
başlığı isə sinizmin və həyasızlığın son həddidir və necə deyərlər, öz
adını başqasına qoymaqdan başqa bir şey deyil.
Axı illərdir Azərbaycan mediası real faktlarla, tutarlı dəlil və sübutlarla
İran hakimiyyətinin erməni sevgisini göstərir və bu tükənməyən sevginin
səbəblərini anlamağa və anlatmağa çalışır. İran rejiminin İkinci Qarabağ
Müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən və
kapitulyasiyasından sonra daha aşkar görünən və müxtəlif formalarda
təzahür edən erməni aşiqliyini müşahidə etmək üçün hansısa filmə
ehtiyac yoxdur, elə İran və Ermənistan mətbuatına göz yetirmək
kifayətdir.
Məsələn, srağagün İranın Ermənistandakı səfiri Mehdi Sübhani
Beynəlxalq Uşaqlar Günü münasibətilə erməni uşaqlarına müraciət
ünvanlayıb.
Erməni uşaqlarını “ətirli çiçəklər” adlandıran səfir onları eyhamlı şəkildə
“məğlubiyyətdən qorxmamağa” çağırıb və sonda da “Yaşasın
Ermənistan!” – deyib.

 

Ətraflı “Azad İran”ın süjetində:

 

Şərhlər bağlıdır.