İranın Ermistandakı səfirliyinin əməkdaşlığı və maliyyə
dəstəyi ilə İrəvanda və ölkənin bir çox bölgələrindəki
məktəblərdə fars dilinin təliminə və təbliğatına xüsusi diqqət
yetirilir. Bu barədə “İranşünaslıq – Tehran Universiteti” adlı
“X” hesabı videoçarx paylaşıb.
Videoçarxda İranın Ermənistandakı səfirliyinin yardımı ilə
İrəvanda əsaslı təmirdən çıxan məktəbin fars dili sinfi nümayiş
etdirilib. İranın İrəvandakı səfiri Mehdi Sübhaninin
açıqlamasına görə, hazırda Ermənistanın 21 orta məktəbində
fars dili xarici dil kimi tədris olunur və fars dilini öyrənən
erməni şagirdlərin ümumi sayı 3800-dən çoxdur.
Azerbaycan-ruznamesi.org
&
Şərhlər bağlıdır.