Bir İran funksionerinin erməni məmuru ilə söhbətinə kənardan baxanda bir
mənzərənin şahidi olursan. İranlı funksioner yuxarıdan aşagı baxaraq aciz və
ondan asılı olan erməniyə incə təbəssümlə, xilaskar kimi baxır. Erməni isə,
aşağıdan yuxarı baxaraq, müti hal alıb “bu sarsaq müsəlmandan mümkün
qədər istifadə edim” baxışları ilə ikitərəfli oyun oynayırlar kimi təsəvvür yaranır.
Hər iki tərəf biri-birinə etibar etmir və bu inamsızlıqda da haqlıdırlar. Tarixi və
yaxın əlaqələr bunu dəfələrlə sübut edib. Ancaq oyun davam edir və kim qalib
gələcək? Allah bilir… O, kəslər hesab edir ki, ermənilərin bu oyunda şansı
yoxdur, yanılırlar. Bu oyunların və hiyləgərliklərin, çoxgedişli hərəkətlərin
nəticəsidir ki, gözəl bir məkanda bu gün sınıx-salxaq bir dövlət sahibidirlər.
İrandakı ermənin kifayət qədər dərin kökləri var. Bir vaxtlar, dünyada ən böyük
erməni diasporalarından birini təşkil edən İranda yaşayan ermənilər öz etnik
kimliklərini və sırf erməni xalqına xas olan ən mühüm fərqləndirici
xüsusiyyətlərini qoruyub saxlaya bilmişlər. Məlundur ki, erməni kilsəsi erməni
icmasının həyatında həmişə böyük əhəmiyyətə malik olub. Məhz Kilsənin
bazasında diaspor özünüidarəetmə institutları, ilk təhsil ocaqları və mətbəələr
yaradılmışdır. Kilsələr siyasi partiyaların da təşəbbüskarı kimi çıxış edirdi.
İranda baş vermiş məşrutə inqilabı hadisələrində bilavasitə iştirak etmiş
Ermənilərin “Daşnaksütyun” siyasi partiyasında da kilsənin böyük rolu oldu.
Bir sıra siyasi hadisələrlə əlaqədar Səfəvilər sülaləsinin süqutundan (1501
1736) sonra İranda erməni icmasının sayı ciddi şəkildə azaldı. Qacarlar
dövründə (1779 – 1925), eləcə də sonuncu Pəhləvi sülaləsi dövründə (1925 –
1979) bu tendensiya davam etmişdir. İranda ermənilərin sayının azalmasına iki
Rusiya-İran müharibəsinin nəticələri də təsir edib. Türkmənçay sülh
müqaviləsinə görə, İran hakimiyyəti ermənilərin Rusiyaya köçürülməsinə mane
ola bilməzdi: hətta müxtəlif səbəblərdən İslamı qəbul etmişlərin də köçürülməyə hüququ var idi. Lakin köç edən ermənilər əsasən kəndlilər idi. Şəhər həyatındacəmiyyətə inteqrasiya edən ermənilər dövlət aparatında karyera edirdi.
Erməni liderlərindən biri də Nazim əl-Səltan (1833 – 1908) titulu ilə tanınan
siyasətçi, dramaturq və publisist Mirzə Məlkum xan hesab edilir. Məlkum xan
Yeni Culfanın erməni ailəsindən idi. O, İranın yuxarı dərəcəli din xadimlərini
yaratdıgı masson təşkilatına cəlb etməyi başarmış dövrünün ciddi
hiyləgərlərindən biri idi.
Erməni icmasından başqa birisi, Atabek adı ilə də tanınan Amin əd-Daula
hesab edilir. Əmin əd-Dövlə bu dövrün İran siyasətində çox mübahisəli bir
şəxsdir. O, Məlkum xan kimi İslamı qəbul etməsinə baxmayaraq, gizli xristian
və rusiyapərəst agent hesab olunurdu. Melkum xan fransızlara, Atabək
İranın dövlət vəziri olduğu halda Rusiyaya cəsusluq edirdi.
İranda məşrutə inqilabı zamanı (1905/1906-1911) erməni icmasının
nümayəndələri də siyasi hadisələrdə fəal iştirak ediblər. Bu dövrün görkəmli
siması Daşnaksütyun partiyasının fəal üzvlərindən biri Yeprem-xan Davidyan
idi.
İranda yerləşən erməni icmasına kilsələr, kilsələrə isə Kilikiya karalikosu
rəhbərlik edirdi. XII əsrin əvvəllərindən XV əsrin 40-cı illərinə qədər Kilikiyada
erməni dövlətinin süqutuna qədər kilsənin yeparxiyaları Rumkale katolikosuna
tabe idi. 1441-ci ildə katolikos taxtı İrana məxsus ərazidə yerləşən Eçmiədzinə
qayıdanda Eçmiədzinlə birlikdə İran taxt-tacına tabe oldular.
1940-cı illərə qədər erməni koloniyası iki yeparxiyaya – Atrapatakan paytaxtları
Təbriz və Yeni Culfa olan İran-Hind yeparxiyasına bölünmüşdü. 1944-cü ildə
İran-Hindistan yeparxiyasının bir hissəsi paytaxtı Tehran olan yeni Tehran
yeparxiyasını yaratdı.
Təbriz yeparxiyası İranın şimal bölgələrində yaşayan erməniləri birləşdirdi.
1833-cü ilə qədər o, Atrapatakan yeparxiyası adlanırdı və mərkəzi Müqəddəs
Peter monastırında idi. 1913-1948-ci illərdə Erməni Apostol Kilsəsinin Təbriz
yeparxiyasının rəhbəri arxiyepiskop Nerses Melik-Tandyan olub. Ölümündən
sonra 1949-cu ilə qədər yepiskop Ruben Drambyan bu vəzifələrini yerinə
yetirdi. Eçmiədzinin sovet hakimiyyətinə xidmət etməsi, cəsusluq etməsi və
bunu etmədikdə sui-qəstlərin olması gözdən salmışdı. Bu vəziyyət Təbriz
erməni kilsəsini yenidən Kilikiya katalikosluguna yönəltdi.
İran-Hindistan yeparxiyası İsfahan və onun ətraflarında erməni əhalisi
köçürüldükdən sonra Yeni Culfa yeparxiyası yaradıldı. Koloniyanın erməni
əhalisi dalğalar şəklində həm Hindistana, həm də Cənub-Şərqi Asiya, Uzaq
Şərq ölkələrinə köçürdü və yeparxiya öz adını dəyişərək İran-Hindistan
yeparxiyası kimi tanınmağa başladı.
Tehran yeparxiyası 1944-cü ilin sentyabrında yaradılmışdır. Yeparxiyanın
yaradılmasının ilkin şərtləri Tehranın erməni əhalisinin çoxluğu, koloniyanın
özünüidarə orqanlarının İranın paytaxtında yerləşməsi və ictimai və mədəniyyət
müəssisələrinin burada cəmləşməsi idi. Ermənilərin Tehran icması bütün İran
ərazisində ermənilərin həyatında mühüm rol oynayırdı.
1940-cı illərin sonlarında xaricdəki erməni koloniyaları və yeparxiyaları
Eçmiədzin üçün idarəçilik məsələlərində əlverişsiz şərait yaratmışdı. Onlara
Kilikiya katolikosluğu və daşnaklar rəhbərlik edirdi. Bu da öz növbəsində bir
tərəfdən Eçmiədzinlə Sovet Ermənistanı, digər tərəfdən isə Qərb erməniləri və
müxtəlif erməni koloniyaları arasında gərginliyin artmasına səbəb oldu. Kilikiya
katolikosluğu Eçmiədzinə qarşı yönəlmiş fəaliyyətini dayandırmadı. 1957-ci ildə
Livan yeparxiyasının rəhbəri arxiyepiskop Xoren İrana gəldi. Daşnaklar İranın
erməni icması üzərində hakimiyyəti öz əllərinə almağa müvəffəq oldular.
1950-ci illərin sonunda Eçmiədzin faktiki olaraq İranın erməni icmasının
yeparxiyalarının fəaliyyətinə təsir imkanlarından məhrum edilmişdi. 1958-ci il
fevralın 25-də Tehran yeparxiyasının nümayəndələrinin iclasında Eçmiədzinlə
əlaqələrin kəsilməsi və Antiliasdakı katolikosluğun nəzarətinə keçməsi qərara
alındı. Həmin il iyulun 12-də Təbriz yeparxiyasında da analoji qərar qəbul edildi.
Beləliklə, belə qənaətə gəlmək olar ki, Eçmiədzinlə, Ermənistanla çoxillik
əlaqələr kəsildi. Antilias və yeparxiyaların seçilməsinə təsir edən ABŞ arasında
əlaqə burada kifayət qədər aydın görünürdü. 1958-ci il mayın 28-də Kilikiya
Katolikosluğunun nümayəndəsi ABŞ Senatında antisovet bəyanatlar verdi.
Hər iki tərəf 1963-cü ilin oktyabrında bütün ermənilərin katolikosu I Vazgenin
səfərdə olduğu Yerusəlimdə danışıqlar aparmaq imkanı əldə etdi, lakin Kilikiya
katolikosu Xoren yalnız “sülh” təklif etdi və Eçmiədzinə qarşı yönəlmiş addımları
davam etdirdi. 1965-ci ildə Kilikiya Katolikosluğunun yeni nizamnaməsində,
onun 32-ci maddəsində İran yeparxiyalarının Eçmiədzindən ayrılaraq Antiliaya
aid olduğu bildirilirdi.
İranda erməni məktəblərinin hüquqi statusu bir sıra şah fermanlarına
əsaslanırdı. 19-cu əsrin 30-cu illərindən 1936-cı ilə qədər erməni məktəblərinin
daxili özünüidarə hüququ var idi ki, bu da məktəblərin şagirdlər üçün müstəqil
proqramlar tərtib edə bilməsi ilə ifadə olunurdu və təhsil erməni dilində
aparılırdı. Məktəblər kilsə əsasında tikilmiş və fəaliyyət göstərirdi.
1936-cı ildə hökumətin qərarı ilə İranda bütün milli azlıqların məktəbləri
bağlandı. Lakin Rza şah ölkədən sürgün ediləndən sonra, 1941-ci ildə bu qərar
ləğv edildi. Yeni açılan bütün məktəblərə İran Təhsil Nazirliyi tərəfindən tərtib
olunmuş dərs proqramları verildi. Beləliklə, təhsil də dövlət dilində – fars dilində
aparılmağa başladı. Proqramdan kənar din və erməni dilini öyrənməyə icazə
verildi. Bu elementlər istəyə bağlı, könüllülük prinsipinə əsaslanmalı idi. 1946
cı ildə Tehran yeparxiyasının köməyi ilə dini dərslərin öyrənilməsi məcburi oldu,
lakin erməni dilinə belə üstünlük verilmədi.
Erməni icması 1905-1911-ci illərdə İran parlamentinə öz nümayəndələrini
seçmək hüququnu almışdı. Bu hüquq 1909-cu ildə parlament haqqında
qanunun müvafiq maddəsindən irəli gəlir və bu maddədə deyilir ki, “hər 30.000
nəfər Məclisdə öz nümayəndəsini seçir”. Milli azlıqlar dini və milli
xüsusiyyətlərinə görə reqionlara bölünürdülər. İranda seçki hüququnun tətbiq
olunduğu ildə 50 mindən çox erməni yaşayırdı və müvafiq olaraq onların
parlamentə iki nümayəndə seçmək hüququ var idi. Etmənilərin mütəşəkkilliyi
üçün Tehranda, Yeni Culfada və Təbrizdə fəaliyyət göstərən məktəblərin böyük
rol oynamışdılar.
Bu kiçik icma İranda çap etdirdiyi erməni qəzetlərinin sayına görə dünyada
fərqlənirdi. Həftəlik “Şavih” (Trail), “Astx Arevelyan” (Şərq ulduzu), “Arşalular”
(Sübh), “Aravot” (Səhər), “İrani Aravot”, “Üfüq” (üfüq), “Tehrani Aig” (Tehran
şəfəqi), “İrani Aşxatavor” (İran işçisi), “Rəncbər-i İrani” (İran işçisi), “Nor qanq”
(Yeni həyat), “Banvor” (İşçi), Nə Patqam (Əhdi-Cədid), “Rəncbər” (İşçi),
“Qaxapar” (Fikir), “Nor Hosk” (Yeni nitq), “Veratsnund” (Renessans), “Əlik”
(Dalğa), “İran-i Qanuni” (Müasir İran), “Nor hask” (Yeni qulaq), “Arusyak”
(Venera), “Navasard” (qədim erməni təqviminin birinci ayı), “Bobo”
(Müqəddəs), “Nor Ağbyur” (Yeni mənbə), “Tsaxavel” (Süpürgə), “Luys” (İşıq),
“Mşakuyt” (Mədəniyyət), “Garun” (Bahar), “Aşxatank” (İş), “Lusaber” (İşıq
gətirən), “Arpi” (Günəş), Aylıq ədəbi və elmi jurnal, “Armenui” (erməni), “İke”
Həftəlik qəzet, “Pahak” (Gözətçi), “Şant” (İldırım), “Ararat”, “Xaçbar”
(Krossvord), “Armen” (erməni) aylıq təhsil jurnalı, “Hur” (Alov) ədəbi-tarixi və
maarifləndirici aylıq jurnal, “Araks” maarifləndirici aylıq jurnal, “Peyman”
(Müqavilə), “Apaqa” (Gələcək) və s. müxtəlif müddətlərdə çap olunmuşdu.
Yeni Culfada (İsfahan) çıxan erməni qəzetləri – “Nor Djugai lraber” (Yeni
Culfanın bülleteni) aylıq xəbərlər və kilsə jurnalı, “Ənker” (Dost) New Culfa
Scout təşkilatının aylıq jurnalı, Təbrizdə çıxan erməni qəzetlər – “Dağlı” (İş)
həftəlik qəzet və Təbriz və Azərbaycan vilayəti ermənilərinin ilk mətbu nəşri,
“Azdarar arajnortarani” (Arxiyepiskopun Müjdəçisi), “Aravot” (Səhər) aosial
iqtisadi və siyasi yönümlü həftəlik qəzeti, “Zəng” (Zəng) sosial-iqtisadi və siyasi
həftəlik, “Təvrizi heitarərutyunner” (Təbriz xəbəri), “Haykakan” (erməni)
Azərbaycan ostanının erməni məskənlərinin bülleteni, Mitk (Fikir) siyasi və
ədəbi aylıq jurnal, “Aig” (Sübh) Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin
Təbrizdəki mətbuat orqanı, “Hosk” (Çıxış) ədəbiyyat jurnalı, “Paikar” (Güləş)
siyasi həftəlik qəzet, “Minarə” ədəbi həftəlik qəzet, “Gehaser” (Sənətsevər)
kimi nəşrləri çap olunurdu.
Göründüyü kimi əhalisi az sayda olsa da mütəşəkkil şərairdə etmənilər İranın
ictimai-siyasi həyatına fəal müdaxilə edir və bu işdə müxtəlif daxili və xarici
siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Malkum Xan və ya Yeprem Xan
kimi erməni əsilli simaların tərcümeyi-halı yaxşı öyrənilmişdir.
Məşrütə hərəkatı dövründə erməni liderlərindən biri Yeprem xan Davtyan olan
Erməni İnqilabi Federasiyası və ya Daşnaksütyun böyük təsirə malik idi.
Daşnaksütyun 1890-cı ildə Tiflisdə müxtəlif erməni siyasi təşkilatlarının, o
cümlədən üç il əvvəl Cenevrədə yaradılmış Hınçak Partiyasının birləşməsi
nəticəsində yarandı. Koalisiya əvvəlcə Erməni İnqilabçıları Birliyi adlanırdı,
lakin 1891-ci ildə hunçakçılar ittifaqı tərk etdikdən sonra sosializm baxışı ilə
bağlı fikir ayrılığına görə partiya Erməni İnqilabi Federasiyası və ya
Daşnaksütyun kimi tanınmağa başladı.
1905-1911-ci illər inqilabından əvvəl daşnaklar İran ərazisindən Qafqazda və
Osmanlı İmperiyasında əməliyyatları üçün baza kimi istifadə edir, bu bölgələrə
qaçaqmalçılıq yolu ilə silah və inqilabi ədəbiyyat aparırdılar. Salmasdakı Derik
və Makudakı Menavor (Qahtaşen) erməni monastırları da həmin məqsədlərə
xidmət edirdi.
Ümumilikdə, 1906-cı ilə qədər İranda Daşnaksütyun partiyasının 2200-ə yaxın
üzvü oldugu hesab edilir. 1907-ci ildən başlayaraq erməni silahlı birləşmələri
İranda Məşrutə İnqilabı hadisələrində iştirak etmiş, Təbriz şəhərinin Qacar
hökuməti dəstələrindən müdafiəsində iştirak etmiş, Konstitusiya hərəkatını və
İran Məclisinin fəaliyyətini müdafiə etmişlər.
İran ərazisində daşnaklar partlayıcı maddələrin istehsalı üçün laboratoriyalar
təşkil etdilər. 1907-ci il dekabrın 30-da daşnakların başçıları ilə İran
parlamentinin üzvləri arasında danışıqlar aparıldı və bu danışıqlarda aşağıdakı
məsələlər müzakirə edildi: şah rejiminə qarşı sonrakı mübarizənin
mümkünlüyü, ingilis-rus müdaxiləsi, Osmanlı işğalı; erməni və İran inqilabçıları
arasında əməkdaşlıq üçün əsasların axtarışı, Daşnaksütyun partiyasının
töhfələri. Danışıqlar tərəflərin maraqlarının yaxınlığını ortaya qoydu və Osmanlı
qüvvələrinə qarşı birbaşa hər hansı bir hərəkatin uğur qazanmayacağı da
qərara alındı.
İranda ermənilərdən diaspor əlaqələrindən istifadə edərək Avropanın siyasi
dairələri, daha doğrusu, ABŞ, İngiltərə, Fransa ilə əlaqə yaratmaq tələb
olunurdu. Ermənilər də bunu yalnış öz maraqları oldugu halda edirdi. Davud
Malik-Şahnazaryan Şapurzadə, Yeprem xan Davtyan, Matevos xan Melikyants,
Movses xan Xaçaturyan, Qaspar Aypgiyan və bir çox digər tanınmış İran
erməniləri eyni məqsədə xidmət edirdilər.
1979-cu ilin bəhmən (fevral) inqilabında ermənilər İranda məşrutə dövründə
olduqlarından az deyildilər. Bu proseslərdə də mümkün olan yüksək aktivliklə
fərqlənirdilər. Bəzi erməni ailələrində ər İngiltərə səfirliyinə, arvad ABŞ xüsusi
xidmətlərinə, qızı Sovet hökümətinə cəsusluq edirdi. Tehranda yaşayan erməni
“mən erməniyəm” deməsə onun erməniliyini müəyyənləşdirmək çox çətindir.
Onlar Tehran ictimai mühitinə bir çox kürddən, bəlucdan və ərəbdən daha artıq
uygunlaşıblar. Bu gün də mütəşəkkildirlər və xilaskar İran məmuru ilə
danışanda “bu sarsax müsəlmandan nə cür istifadə edim” düşüncəsindədirlər.
Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.