PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışı ilə bağlı təşkilatın
Qəndildəki (İraq) əsas düşərgəsindən açıqlama gəlib.
Teleqraf xəbər verir ki, PKK liderlərindən biri və təşkilata bağlı KCK adlı
strukturun üzvü Mustafa Karasu çağırışla razılaşdıqlarını bildirib.
“PKK-nı ləğv edib silahlı mübarizəyə son qoyacağıq. Bu barədə heç kimin
şübhəsi olmasın”, – terrorçu deyib.
Karasu Öcalanın çağırışı ilə qurultaya getməyə qərar verdiklərini də açıqlayıb.
Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın
nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan
çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya)
daxildir.
Əvvəlki
Şərhlər bağlıdır.