İranlılar xaricdə iş axtarır, axın edir

İranlılar xaricdə iş axtarır, axın edir
Deyəsən vəziyyət dəyişib, indi də İranlı fəhlələr daha yaxşı əmək haqqı
almaq üçün Əfqanistan və İraqa axın edirlər.
Bunu fəhlələrin İran Ali Əmək Şurasındakı nümayəndəsi Möhsün Baqiri
deyib: “Bu tendensiya İranın daxili əmək bazarının əlverişsiz şəraitinin
nəticəsidir və hakim şərait işçiləri qonşu ölkələrdə daha yaxşı iş imkanları
axtarmağa məcbur edir”.
Baqirinin sözlərinə görə, indi İranda az əmək haqqı müqabilində ağır
işlərdə çalışan əfqanıstanlı qaçqınların da sayı azalıb.
Məlumatlarda göstərilir ki, əvvəl iranlı həkim və tibb işçilərinin xarici
ölkələrə mühaciətinin sayının artdığı barədə də xəbərlər gəzir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.