Millət vəkilinin qadağalara cavabı

Təbrizdən olan millət vəkili Əlirza Novin İran Mülki Aviasiya Təşkilatının
rəsmilərinin “Ata” Təbriz Hava Yollarının qonaqları türkcə salamlamaqla bağlı
qadağasına cavab verib.
O, bildirib ki, “fars və ingilis dillərində salamlaşma ilə yanaşı, təxminən 30
saniyə ərzində türkcə salam veriləcək. Onlar buna dözə bilmirlərmi?”.
Millət vəkili əlavə edib ki, “Mediada oxudum ki, uçuşda olan sərnişinlərə
salamın fars və ingilis dillərində olması lazım olduğunu, türkcədən istifadənin
qanuna zidd olduğunu və xaos yaradacağını deyiblər. Aylardır ki, Ata hava
yollarında fars və ingilis dillərində salamla yanaşı, türkcə də salamlar verilir və
bu günə kimi biz heç bir iddia edilən hərc-mərcliyin şahidi olmamışıq və yeri
gəlmişkən, bu təşəbbüs sərnişinlər və ictimai rəy tərəfindən müsbət qarşılanıb.
Təəssüf ki, İran Mülki Aviasiya Təşkilatının rəsmiləri müəyyən şəxslərin
mənasız problem yaratmasından təsirlənib və onlar sadə bir məsələyə
təhlükəsizlik prizmasından baxaraq kiber məkanda böhranlı durum yaradırlar”.
Şərqi Azərbaycan Nümayəndələr Məclisinin sədri İranşəhri türk əleyhdarının
yaratdığı ixtilaflara toxunaraq deyib ki, Təbriz uçuşlarında türkcə salamlaşma
məsələsi ictimaiyyət və elita üçün həll olunmuş məsələ hesab olunur. Lazım
gəlsə, Şərqi Azərbaycan Nümayəndələr Məclisi məsələ ilə bağlı yollar və
şəhərsalma nazirinə müraciət ünvanlayacaq.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.