Aprelin 29-da, çərşənbə axşamı, Dəməşqin cənub ətrafında yerləşən
Cəramana qəsəbəsində Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı
qruplaşmaları arasında silahlı toqquşmalar baş verib.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Məlumata görə, druz dəstələri hökumət qüvvələrinə qarşı ağır silahlardan atəş
açıblar.
Qarşıdurma nəticəsində 2 nəfərin həlak olduğu, 8 nəfərin yaralandığı bildirilib.
Hadisədən dərhal sonra bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə hökumət
əlavə qüvvələr cəlb edib və təhlükəsizlik tədbirlərini gücləndirib.
İsrail mediası yazır ki, qarşıdurmalar nəticəsində ən azı 4 druz döyüşçüsü həlak
olub. Gərginliyin əsas səbəbi sosial şəbəkələrdə yayılan və druz şeyxinə aid
olduğu iddia edilən, Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr yer alan
bir audioyazının yayılması olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.