Qalant hesab edir ki, imkandır: İran vurulmalıdır

Fürsətdən istifadə olunmalı və İrana zərbə endirilməlidir.
İsrailin keçmiş müdafiə naziri Yoav Qalant belə qənaətə gəlib ki, indi imkandır,
İran vurula bilər.
Sabiq nazir İsrailin ötən ilki hava zərbələrindən sonra İranın müdafiəsinin
zəiflədiyini qeyd edib: – İran hələ də (bu zərbələrdən sonra) S-300 hava
hücumundan müdafiə sistemləri və digər obyektlərinin necə məhv edildiyini
dəqiq bilmir. Tehran bilir ki, İsrail İrandakı bütün obyektləri hədəfə ala bilər.
Onun fikrincə İrana qarşı hərbi əməliyyatların aylar, hətta bir il çəkə bilər.
Qalant sözünü belə yekunlaşdırıb: “İsrail İrana təkbaşına zərbələr endirə bilər.
Amma İranın bütün imkanlarını məhv etmək üçün bunu Amerika ilə birlikdə
etmək daha məqsədəuyğun olardı”.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.