Beynəlxalq münasibətlər üzrə professor və Amerika üzrə ekspert Mehdi
Zakerian “Euronews” kanalına müsahibəsində belə deyib.
Ekspert bildirib: “Trampın Yaxın Şərqin ərəb ölkələrinə səfəri iranlılar arasında
böyük müzakirələrə səbəb olub. İslam Respublikasına müxaliflər Trampın
rejimin səmərəsizliyi ilə bağlı aşağılayıcı çıxışına rəğbət bəsləsələr də, rejimin
tərəfdarları onları ədalətsiz hesab edirlər. Amma deyəsən, daha çox iranlı bu
çıxışdan sonra təəssüflə ah çəkir.
Tramp tamamilə haqlı idi. İran hökuməti ilə problem nüvə məsələsi və ya ABŞ
ilə münasibətlər deyil, daha çox İslam Respublikası və İran xalqı ilə problemdir.
Amerikalılar gördülər ki, İranın siyasi sistemi ölkənin neftini Çinə və Rusiyaya
pulsuz satır və yaşaması naminə Rusiyaya öz silahını verir. Onda ABŞ
hökuməti deyir ki, biz niyə bu siyasi sistemin havayı bəxşişindən
yararlanmayaq?
İran daxilində baş verən hadisələri və İran hökumətinin uranı zənginləşdirmə
hüququ ilə bağlı danışıqlarda israrını nəzərə alsaq, Trampın regiona səfər
edərkən İran hökumətinə aydın və dəqiq mesaj verməsi təbiidir.
Yəni deyir ki, sən legitimliyi az, imkanları çox məhdud olan səmərəsiz siyasi
sistemsən. Bu mesajın mənası budur ki, siz danışıqlarda mənim rəğbətimi
qazanmalısınız.
Tramp bundan əlavə, bölgənin ərəb ölkələrinə açıq mesaj verdi ki, biz
olmasaydıq, təhlükəsizliyiniz olmazdı.
İctimaiyyət Trampın sözlərini müsbət qarşıladı, lakin müdrik İran xalqı 1979-cu
ildə siyasi sistem dəyişikliyindən qaynaqlanan 46 illik acı təcrübədən sonra
Trampın sözlərindən məmnun qaldı, çünki, İranın iqtisadi, siyasi, mədəni və
hətta hərbi şəraiti son dərəcə xaotikdir və İran xalqı indi hesab edir ki, onun
1979-cu ildə qəbul etdiyi qərar nə hərbi tərəqqiyə, nə də siyasi, iqtisadi və
mədəni inkişafa gətirib çıxarmayıb”.
Azad İran
Növbəti
Şərhlər bağlıdır.