İran: Amerika İranın trilyon dollarlıq imkanlarından yararlana bilər

İranın xarici işlər naziri Erakçinin mənzil-qərargahı Nyu-Cersidə yerləşən
Karnegi Fondunda “Beynəlxalq Nüvə Siyasəti” mövzusunda verməsi
planlaşdırılan çıxışı ləğv edilib.
Erakçinin konfrans verəcəyi xəbərinin ardınca İsrail lobbisinə bağlı qruplar
konfransın ləğvi üçün kampaniyaya başladılar və proqramın ləğv olunduğu
elanı diqqət çəkdi.
Həm İran tərəfi, həm də Karnegi Fondu bir-birini əvvəllər planlaşdırılan
proqramı dəyişməkdə ittiham edib.
Erakçi daha sonra konfransda çatdıracağı mətni sosial media hesabında
paylaşıb.
Mümkün razılaşmada ABŞ ilə iqtisadi əlaqələri xüsusilə vurğulayan Erakçi
çıxışında: “İran ABŞ ilə iqtisadi və elmi əməkdaşlığa heç vaxt mane olmayıb.
Əsl maneə, tez-tez müəyyən nüfuzlu dairələrin təsiri altında hərəkət edən ABŞ
ın əvvəlki administrasiyaları olub. Bu yaxınlarda “Washington Post”un
səhifələrində də izah etdiyim kimi, Amerika şirkətləri İranın trilyonlarla dollarlıq
imkanından yararlana bilər”-deyə, bildirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.