Əbulfəz Rəncəbri 1969-cu ildə anadan olub, ümumi hüququ üzrə doktorluq
dərəcəsinə malikdir və uzun illər Təbriz universitetlərində ümumi hüquq və
əmək hüququ fənlərini tədris edib. O, “Əmək Hüququ” və “Maliyyə Hüququ və
Dövlət Maliyyəsi” kitablarının müəllifidir və çoxsaylı elmi və mədəni tədbirlərdə
iştirak etmişdir.
Təbrizdə tanınmış hüquqşünas və vəkil, ayrıca Azad Universitetinin müəllimi
olan Əbulfəz Rəncəbri, 4 may 2025, saat 14:00 radələrində Təbrizdəki evinin
qarşısında İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Sina Yusifi, insan haqları üzrə vəkil və hüquqşünas, sosial şəbəkə “X”
üzərindən yaydığı açıqlamada Əbulfəz Rəncəbri barədə məlumat verilməsini
tələb edərək bildirib ki, onun saxlanıldığı yer və hal-hazırkı durumu barədə heç
bir bilgi yoxdur.
Əbulfəz Rəncəbri 1969-cu ildə anadan olub, ümumi hüququ üzrə doktorluq
dərəcəsinə malikdir və uzun illər Təbriz universitetlərində ümumi hüquq və
əmək hüququ fənlərini tədris edib. O, “Əmək Hüququ” və “Maliyyə Hüququ və
Dövlət Maliyyəsi” kitablarının müəllifidir və çoxsaylı elmi və mədəni tədbirlərdə
iştirak etmişdir.
Onun saxlanılması, son illərdə İranda vəkillərin və hüquq fəallarının hədəf
alınması fonunda baş verir. Öncəki illərdə Xosrov Əlikərdi, fəal Fatimə
Səpehrinin vəkili də oxşar şəkildə məhkəmə təqiblərinə məruz qalmışdı.
2022-ci ildən etibarən, Məşhəd şəhərində İstihbarat İdarəsinin şikayəti
əsasında, sosial mediada fikirlərini bildirən 17 vəkilə qarşı cinayət işi açılıb və
12 nəfərə hökm çıxarılıb. Onlara qarşı irəli sürülən əsas ittiham “rejim əleyhinə
təbliğat” olub, lakin vəkillər bu iddiaları rədd edir və yalnız hüquqi tənqidlər
etdiklərini bildirirlər. Onların sözlərinə görə, bir çox sosial media paylaşımları
Məhəmməd Qəbadlu adlı etirazçıya dair işlə bağlı olmayıb və şəxsi fikirləri əks
etdirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.