Öcalanın aqibəti belə olacaq…

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı özünü buraxdığını
açıqlayıb. Bu barədə “Rudaw” agentliyi məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, təşkilatın
qurultayında PKK-nın silahlı mübarizədən imtina edərək siyasi
və demokratik yollarla fəaliyyətə keçdiyi bildirilib. Eyni
zamanda beynəlxalq ictimaiyyətə dəstək üçün çağırış edilib.
Özünü buraxan terror təşkilatı Türkiyə hakimiyyətini PKK-nın
həbsdə olan lideri Abdullah Öcalana hüquqi və siyasi zəmanət
verməyə çağırıb.
Bəs Öcalanın aqibəti necə olacaq?
Azerbaycan-ruznamesi.org bildirir ki, Türkiyənin “Hürriyet”
qəzeti bu barədə yazı dərc edib.
Məqalədə qeyd olunur ki, düşərgələrdə qalan təşkilat üzvləri və ya
onların ailələri üçün hüquqi proseslərin necə işləyəcəyi ilə bağlı
araşdırmalar davam edir. Təhqiqat hələ yekunlaşmasa da,
nəticələrin aşağıdakı kimi olacağı bildirilir: – Prosesin mövcud qanunvericiliklə irəliləyəcəyi bildirilir. – Hesab olunur ki, Türkiyə Cümhuriyyətinə qarşı cinayət
törətməyənlər təşkilat üzvü olduqlarına görə cəzalandırıla bilməzlər.
Belə olan halda, silahlarını təhvil verənlərin və onların ailələrinin
cinayəti olub-olmaması araşdırıldıqdan, əgər olmasa, ifadələri
alındıqdan sonra cəmiyyətə inteqrasiya olunacağı gündəmdədir. – Şimali İraqda olanların 60 faizindən çoxunun Türkiyədə cinayət
törətmədiyi barədə məlumatlar var. – Gündəmdə cinayət törədənlərlə bağlı xüsusi tənzimləmə yoxdur.
Bununla belə, aşağı cəza dərəcəsi ola bilər. – Gələk təşkilatın yuxarı eşelonuna – yəni qırmızı bülletenlə axtarılan
30 nəfər. Onların Türkiyəyə gəlməsindən söhbət gedə bilməz.
Onların öz ölkələrində qalmaları, yaxud üçüncü ölkəyə getmələri
diqqət mərkəzindədir. – Digər tərəfdən, özünü ləğv edən PKK Türkiyə də daxil olmaqla bir
çox ölkənin terror təşkilatları siyahısındadır. İndi onun terror təşkilatı
siyahısından çıxarılıb-çıxarılmayacağı və ya məhkəmə qərarlarının
kafi olub-olmayacağı suallar doğurur. Terror təşkilatının təyininin Ali
Məhkəmə tərəfindən verildiyinə diqqət çəkən rəsmilər ilkin olaraq
yerli məhkəmələrdə veriləcək “dayandırılmış təşkilat” ifadəsinin Ali
Məhkəməyə göndərilməsi ilə presedent qərarın yaradıla biləcəyini
bildirirlər. – Öcalanın siyasətlə məşğul olmaq istədiyi məlumdur. Lakin onun
İmralıda yaşamağa davam edəcəyi bildirilir. – Silahlar yerə qoyulandan sonra prosesin hüquqi tənzimləmə
hissəsi müzakirə olunacaq.
RED: İlk baxışda bu sevindirici xəbər kimi görsənsə də, məsələnin
digər tərəfi də vardır. Mətbuatda yazılır ki, PJAK adlı digər kürd
təşkilatı silahı yerə qoymayacağını, mübarizəni davam etdirəcəyini
bildirir. Silahın isə ona PKK-dan təhvil verildiyi barədə məlumatlar
yayılır. Misal var deyirlər ki, sağ əlin verdiyini sol əl bilməz.
Belədirmi…

Şərhlər bağlıdır.