İran “vasitəçilik” yolunu özü bağlayıb- SƏBƏBLƏR

“İranın ötən illərdə, ilk münaqişə baş qaldıran vaxtlarda
Azərbaycanla Ermənistan arasında vasitəçiliyi faydalı olmadı.
Əslində Azərbaycan da Ermənistan da bu məsələdə İranın
vasitəçilik etməsini istəyirdi, ancaq Şuşanın, Laçının işğalı göstərir
ki, Tehran hakimiyyəti vasitəçilik etmək üçün obyektiv ola bilmir”.
Bunu Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları
Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, 30 illik işğal dövründə Tehran hakimiyyəti
işğalçını müdafiə etdi və bununla da artıq vasitəçilik missiyasında
etibarını itirdi:
“İkinci bir tərəfdən Tehran hakimiyyətinə Azərbaycanın hələ ikitərəfli
münasibətlər baxımından etimadı yoxdur. Bu səbəblərdən İranın
vasitəçiliyi mümkün deyil. Digər tərəfdən Tehranın vasitəçiliyi ona
görə mümkün deyil ki, rəsmi Bakı və İrəvan ikitərəfli birbaşa
vasitəsiz danışıqlara üstünlük verir. Tehran hakimiyyəti Qafanda
sərhədlər müəyyənləşmədən konsulluq açmaqla, Zəngəzur
dəhlizinin açılmaması ilə bağlı qəti fikirlərini bildirməklə də vasitəçilik
yolunu özü bağlayıb”.
Gülnarə Abasova

Şərhlər bağlıdır.