Öldürülən İranın polis qüvvələrinin rəisi Əhmədrza Radandır. O, İsrail Hərbi
Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edilib. Amma çoxları bu
itkidən təsirlənməyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olan Ə.Radan qəddar fəaliyyəti, İran
rejiminə qarşı çıxan insanları işgəncə ilə məhv etməsi ilə ad çıxarmışdı.
2010-cu ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi insan haqlarının pozulmasına
görə Radana sanksiya tətbiq etdi. Bəyanata görə, Radan polis qüvvələri
komandirinin müavini vəzifəsində işləyərkən 2009-cu il prezident seçkilərindən
sonra etiraz aksiyaları zamanı etirazçıların döyülməsi, qətli və saxlanılmalarına
görə məsuliyyət daşıyırdı.
2011-ci il aprelin 13-də Radan İran vətəndaşlarının hüquqlarını geniş və ciddi
şəkildə pozduğuna və bir sıra qətllərə görə Avropa Birliyinin sanksiyaları
siyahısına daxil edilib.
Onun polis qüvvələri komandirinin müavini kimi 2009-cu ildə seçkidən sonra
keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən “döyülmə”, “qətl”, “əsassız
həbslər” və “mitinq iştirakçılarının həbsi” ilə məşğul olduğu bildirilirdi.
2022-ci ilin sentyabr ayında Məhsa Əminin öldürülməsinə etiraz
olaraq başlayan və 1 ildən artıq davam edən məcburi hicaba qarşı aksiyalarda
500 nəfər dinc insanın öldürülməsində Əhmədrza Radan xüsusi fəallığı ilə
seçilib.
Hətta Radan islami qaydalara uyğun saç saxlamayan və geyinməyən insanlara
qarşı qəddar münasibəti və zorakılığı ilə də ad çıxarıb.
İsrail kəşfiyyatı onun polis idarəsində olduğunu dəqiqləşdirəndən sonra binanı
vurub və Radan məhv edilib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.