Qrossi edam edilməlidir

“Keyhan”

Rafel Qrossi Mossad casusu olduğu üçün heç vaxt İrana daxil olmasına icazə
verilməməlidir. Onun sionist rejimlə əməkdaşlığına dair onlarla sənəd var.
Bunu Əli Xaməmeinin ofisinin orqanı olan “Keyhan” qəzeti yazıb.
“Ona görə də rəsmi şəkildə elan etməlidirlər ki, Qrossi İrana daxil olduqdan
sonra, Mossadın xeyrinə casusluq etdiyinə və ölkəmizin məzlum xalqının
qətlində iştirak etdiyinə görə mühakimə və edam olunacaq”,- qəzet bildirib.
Qəzetin bu təklifi, bəzi İran rəsmilərinin Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin başçısı Rafael Qrossini İranın nüvə proqramı barədə məlumatları
Mossada ötürməsi barədə iddialarından sonraya təsadüf edir.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn
Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar
qanadın – SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.