SEPAH 12 bəluç qadını güllələdi

Sistan və Bəlucistan əyalətinin Göniç kəndində SEPAH-ın keçirdiyi əməliyyat
zamanı 12 qadın güllələnib.
Bəluc Fəallarının Kampaniyası məlumat verib ki, hadisə nəticəsində Xanbibi
Bameri adlı 40 yaşlı qadın ölub, 11 qadın isə yaralanıb.
Rəsmi məlumatda hadisənin SEPAH üzvlərinin bölgədə silahlı qruplaşmaya
qarşı əməliyyat keçirdiyi zaman baş verdiyi göstərilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.