Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diqqəti
Azərbaycan Təhsil və Elm Nazirliyinin respublika məktəblərində rus dilində tədrisin
dayandırılması planları ilə bağlı KİV-də yayılan məlumatları təkzib etməsinə yönəlib
“Biz bəzi media resurslarında guya Azərbaycanda rusdilli məktəblərin
bağlanmasının planlaşdırıldığı barədə xəbərlər görmüşük”, – deyə diplomat
brifinqdə bildirib. “Bir müddət sonra dərhal yaranan çoxsaylı sualları nəzərə
alaraq, Azərbaycanın Təhsil Nazirliyi bu məlumatı təkzib etdi. Biz vəziyyəti
diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə
saxlayırıq”.
Zaxarova qeyd edib ki, təkzib “son dərəcə vaxtında” edilib. “Çünki biz təkcə
siyasi və ya fəlsəfi hadisədən danışmırıq. Bunlar konkret insanların konkret
taleləridir”, – o əlavə edib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.