İranın dini rəhbəri Əli Xameneyi çox böyük məhəbbətlə “İran və Ermənistan
eyni mədəniyyətdən gəlib” deyəndə yəqin ki, bu mövzu ilə yaxından məşğul
olan və mövzudan xəbəri olan mütəxəssisləri nəzərdə tutmayıb. Çünki,
mütəxəssislər bilir ki, İran həmişə erməniləri nökər, xidmətçi olaraq görüb və
onlardan istifadə etmək istəyib. Ermənilər də durumdan razı olmayıb, bu
vəziyyətdən qurtarmaq üçün həmişə yollar axtarıb, tapa bilməyənda köçüb
başqa ölkələrə gediblər.
Bu gündəmi, yəqin ki, mövzudan və tarixi hadisələrin ziddiyyətindən uzaq olan
geniş kütləyə təsir etmək məqsədi ilə ortaya atıblar. Əlbəttə ki, erməni ictimai
fikrində də bu mövzu haqqında xeyli yazılar və müzakirələr var. Lakin İran
rəsmi mediasından fərqli olaraq ermənilər lazım gələndə müxtəlif tarixi
epizodları İran hakimiyyətinin xəyanəti kimi, lazım gələndə İranla həmkarlıq və
dostluq nümunəsi kimi təqdim edirlər.
Hər iki ölkənin (İran, Ermənistan) rəsmi tarixşünaslığı etitaf etsə də ki,
“Parfiyalılar fars deyillər” bu mediada irəli sürülən bir çox absurd fikirlərin
qarşısını almır. Bu sahədə ermənilər iranlılardan daha çox qabağa gediblər.
Atasının kim oldugunu bilməyənlər özlərinə “unikal əmi” axtarışını indi də
davam etdirirlər.
Erməni rəsmi mənbələri qeyd edir ki, “53-cü ildə Parfiya kralı I Voloqezd qardaşı
Tiridatı erməni taxtına oturtdu”. Bu, Parfiya ilə Roma arasında müharibəyə
səbəb oldu. Nəticədə 63-cü ildə Neron Tiridatı Ermənistanın müstəqil kralı kimi
tanımağa məcbur oldu. Bu andan etibarən Böyük Ermənistan Arşakilər
sülaləsinin erməni qolunun nəzarəti altında Roma ilə Parfiya arasında bufer
dövlətə çevrildi.”
İfadə olinan tarixi şəxsiyyət və dövlət qurumlarının heç birinin nə farslara nə də
erminəlirə dəxli yoxdur. Bütün mötəbər mənbələr təkidlə sübut edir ki,
parfiyalılar fars olmayıblar, urartulular da erməni olmayıblar. Ərşakilər, Tridat,
Şapur, Xosrov erməni deyildilər, parfiyalıdırlar. Ermə xristianlığı tarixində
ermənilərin özləri də etiraf edirlər ki, “birinci xristian kilsəsini yaratmış Qriqori də
erməni deyildi”.
Ermənilərin qara günləri Sasanilərin hakimiyyətə gəlməsindən sonra başlanır.
Erməni tarixçiləri yazırlar ki, Parfiyaya qalib gələn Sasani sülaləsi ermənilərə
nifrət edirmiş: “Sasanilərin nöqteyi-nəzərində, erməni arşakiləri, mənfur
sülalədən törədiklərinə görə kökü kəsilməli olan sonuncu sülalə hesab edilirdi”.
Ermənilərin Anahid məbədinə xidmət etməsi, eləcə də Sasanilərin də bu
məbədin yüksək dərəcəli mobidləri sülaləsindən olması məlum olduğu üçün bu
ixtilafın mənbəyini müəyyənləşdirmək çətindir. Ola bilsin ki, aralarında bir
rəqabət olub. Ancaq Sasanın anahid məbədinin başçısı olduğu dəqiq
məlumdur.
Anahid kilsəsindən ayrılaraq bir qrupun xristianlığı qəbul etməsi və Sasani
Roma dövlətləri arasında ixtilaf salması, siyasi manevrlər etməsi əlbəttə ki, bu
insanlara asayiş gətirmədi və çox ağır günlər yaşadılar. Məhz buna görə də
Qriqori kilsə quruculuğunda çox da uğur qazana bilmədi. Cənubi Qafqazda
Alban kilsəsi daha uğurlu siyasəti ilə fərqləndi.
Erməni alimləri “Ermənistan tarixi” («История Армении»; «Спасительное
обращение страны нашей Армении через святого мужа-мученика»
Архивная копия от 17 февраля 2020 на Wayback Machine, 778.) kitabında
ermənilər xristianlığın qəbul edilməsini fars zülmündən qurtarmaq məqsədi
ilə olunduğunu etiraf edirlər.
İslamın qəbul olunması ilə atəşpərəst farslar Hindistana köç etdilər və İran
cografiyasında qalmış az sayda farslar bu gün də “Allah” deyirlərsə Əhrimən
başa düşürlər. Fars dilinin izahlı lüğətində Allah sözünün tərcüməsi Əhrimən
olaraq göstərilir.
Ermənilər də, İran ərazisində islam dini yayıldıqdan sonra islam mədəniyyəti
coğrafiyasının ucqarlarına yayıldılar. Bu səbəbdən də İranın dini liderinin ifadə
etdiyi ermənilərlə eyni mədəni mühiti hansı tarixi mərhələdə yaratdıqları yenə
də anlaşılmır. Məlumdur ki, zərdüştilik zamanında da ermənilərlə farslar eyni
dini paylaşmırdılar. Mədəniyyət dediyimiz anlayışın da əsası dini inanacların
üzərində qoyulur. Doğrudur ki, Şah Abbas da ermənilərin islamı qəbul etməsi
ilə əlaqədar bir sıra addımlar atmışdı. “Dövlət xəzinəsinə borcunu qaytara
bilməyən ermənilərə islamı qəbul edərlərsə borclarını dövlət bağışlayar” deyə
təkliflər etmişdi və bir qrup erməni məhz belə də etmişdi. Əlbəttə ki, İranın dini
rəhbərindən soruşmaq mümkün olmayacaq ki, “siz hansı tarixi dövrdə
ermənilərlə eyni mədəniyyəti yaratdınız?”
Ən böyük problem ondan ibarətdir ki, İranda yazılmış çox cilidli tarixi
mənbələrdə uzun-uzadı mistik və mifolojı rəvayətlərin arxasında real tarixi
hadisələri müəyyənləşdirmək çətindir və sadə oxucu bunu edə bilməz.
Mütəxəssislər araşdırma apardıqda məlum olur ki, İran və fars mədəniyyətinin
təəssübkeşləri, böyük və möhtəşəm fars tarixi yazanlar isə əslində nə
farsdırlar, nə də iranlı.
Erməni mənbələrinin əksəriyyətində tarixdə sahibi çıxmayan dövlətlər və
şəxsiyyətlərə sahib çıxmaq ənənəsi geniş yayılıb. Bütün dünya etiraf edir ki,
parfiyalılırın etnik kimliyini müəyyənləşdirmək mümkün deyil, çünki onların
yazılı abidələri qalmayıb, Lakin ermənilər deyir ki, o bizlərdəndir. Bəzi tarixçilər
Midiyalıları, Parfiyalıları farslara bağlamaq istəsə də bir ip ucu göstərə bilmirlər.
Əslində heç farsların da belə bir iddiası yoxdur. Bu iddiaları ortaya atanlar iranın
qeyri-fars aktivistləridirlər.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Növbəti
Şərhlər bağlıdır.