İrannın presidenti sən demə hardasa danışırkən belə cümlələr qurubmuş:
“Bizim ölkədə bir ana dilində təhsil problemi var, bunu danmaq doğru deyil. İran Azərbaycanında özünü türk adlandıranlara qarşı qəzəblənmək lazım deyil. Bu adamların ana dili Türk dili, etnik mənsubiyyəti türkdür. Özlərini başqa cür adlandıra bilməzlər, qondarma adlar isə qəbuledilməzdir.
Ana dilində təhsil İranın həm milli həm də beynəlxalq öhdəliyidir…”
İran qanunlarına əsasən, ana yasanın icrasını, həyata keçirilməsini üstlənən gücün zirvəsinə president deyilir. Belə bir öhdəliyin olduğunu qəbul edirsə rəsmi bir sərəncam imzalaması yetərlidir.
Ağalar, xanımlar, dəyərli ziyalılar! Bizim ana dilimizdə təhsil istəyən milli fəallarımız bu presidentin zindanlarındadır.
Pezeşkiyanın Türklüyünü qabartmaq olar, Türk -fars ayrılığının onun simasında daha canlı görünməsinə çalışmaq olar. Ancaq onu bizim ideallarımızın təmsilçisi kimi sərgiləmək böyük siyasi yanılqı olacaqdır. Pezeşkiyan iran terror cümhuriyyətinin, bölgəmizdə ən qəddar anti Türk, anti Azərbaycan cümhuriyyətinin presidentidir. Yaydığımız empatı dozasına diqqətli olaq.
Hadi Qaraçay
Şərhlər bağlıdır.