Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı
Qəzza zolağındakı vəziyyətlə bağlı ciddi narahatlığını bölüşüb.
Xarici mediaya istinad edən azerbaycan-ruznamesi.org xəbər verir ki, Merz
Təl-Əvivin “humanitar yardım şəhəri” layihəsinə toxunaraq, “İsrail hökumətinin
həftələrdir tətbiq etdiyi təcrübələrdən narazıyam” sözlərini deyib.
O, bundan əvvəl də narazılığını bildirdiyini və İsrailin baş naziri Benyamin
Netanyahu ilə məsələni müzakirə etdiyini bildirib.
Merz danışıqların davam etdiyini bildirib və diplomatik təmasların vacibliyini
vurğulayıb. O, Fələstin probleminin amerikalılarla birlikdə iki dövlətli həllinə
ümid etdiyini vurğulayıb.
“Fələstinlilərin yaşaya biləcəkləri bir yerə haqqı var” deyən Merz hazırda Qəzza
zolağında baş verənlərin qəbuledilməz olduğunu və beynəlxalq ictimaiyyətin bu
problemin həllində daha fəal rol alması lazım olduğunu bildirib.
Şərhlər bağlıdır.