İranın ali rəhbəri Ayətullah Əli Xamenei İsrailin havazərbələri nəticəsində SEPAH
komandirləri və nüvə proqramı ilə əlaqəsi olan rəsmi şəxslərin ölümünün 40-cı günü
münasibətilə xalqa müraciət edib.
O, müraciətində ölkəni milli təhlükəsizlik, elmi inkişaf və ictimai birliyə daha çox səfərbər
olmağa çağırıb.
Xamenei bildirib ki, hazırkı dönəmdə milli birliyi qorumaq ümumbəşəri vəzifədir və bu
istiqamətdə həm hərbi, həm də elmi sahələrdə ciddi tədbirlər görülməlidir.
“Hərbi komandanlıq ölkəni milli təhlükəsizlik və müstəqilliyi təmin etmək üçün daha güclü
vasitələrlə təchiz etməlidir”, – deyə o vurğulayıb.
Ali rəhbər, eyni zamanda, elmi elitanı bütün sahələrdə elm və texnologiyanın inkişafında
sürətlə irəliləməyə çağırıb. Onun sözlərinə görə, bu, ölkənin gələcəyi və strateji mövqeyinin
möhkəmləndirilməsi üçün vacibdir.
Xameneyi ruhanilərə də müraciət edərək onları xalq arasında mənəvi sabitliyi qorumağa,
insanlara səbir və dözüm ruhu aşılamağa səsləyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.