Müharibədən əvvəlki “nə edilməməli”lər

Keçmiş diplomat və “Şərif” Universitetinin enerji siyasəti üzrə
professoru Abbas Məleki “İnsaf News”a İran-İsrail müharibəsi
başlamazdan əvvəl görülməli və edilməməli olanlar, müharibədən
sonra Şərqə baxış siyasətinin tənqidi və Hörmüz boğazının
bağlanmasının itki və zərərlərinin reallığı haqqında danışıb.
Abbas Məlekinin “İnsaf News”a verdiyi müsahibədən bir hissəsi
təqdim olunur:
“Silahlı qüvvələr hər məsələyə qarışmamalıydı”
Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl
müşahidə edilməli olan və edilməməli olanları nəzərdən keçirib.
A.Məleki qeyd edib ki, “silahlı qüvvələr öz işini görməli idi” idi.
O, bu qüvvələrin COVID-19 pandemiyası zamanı iştirakını və
koronavirus detektorunun yaradılmasını misal çəkib.
“Onlar səhvən məmurları inandırdılar ki, nüvə haqqında biliklər
tamamilə elmdir”
Onun ikinci fikri budur: “Bəzi ekspertlər ölkə rəsmilərini
inandırıblar ki, bəşəri biliklərin hamısı nüvə biliyidir və onun
zirvəsi zənginləşmədir”. Məleki, izah edir ki, “dünyanın ən böyük
xam neft və təbii qaz ehtiyatlarına sahib olan ölkələrdən biri olan
İranda son 20 ildə bu sahəyə ən az büdcə ayrılıb, ən çox büdcə isə
70-ci yerdə olan nüvə enerji sənayesinə ayrılmışdır”. Mələki bu
yanaşmanı və ayırmaları yanlış hesab edir.
“Şərif” Universiteti professorunun qeyd etdiyi üçüncü səhv “əgər
biz uranı zənginləşdirsək, bütün elmi problemlərimiz həll
olunacaq” fikridir. Məleki əlavə edir ki, “bəzi ölkələr bu
sənayedən istifadə edə bildi və bir qrup ölkə isə onu sövdələşmə
vasitəsinə çevirdi.”
O, Braziliya sövdələşməsini nümunə gtöstərərək bildirdi ki, bu
ölkə “zənginləşmənin son mərhələsinə qədəm qoyub sonra ABŞ və
Avropa ilə danışıqlara oturdu. Ölkə nüvə silahı yaratmaqla bağlı
Avropa və Amerika narahatlığını azaltmaq müqabilində güzəştlər
onlardan aldı. Məhz buna görə də dünyanın ən məşhur
brendlərinin çoxu Braziliyaya məxsusdur”.
Abbas Məleki izahatlarında vurğulayır ki, o, İran və Braziliyanın
şərtləri arasındakı fərqi başa düşür, lakin bu, “niyə başımızı ona
vurmaq əvəzinə, maneədən yan keçməyə çalışmırıq?”” sualını
doğurur.
O, ölkədə təyyarə istehsalı nümunəsindən istifadə edərək izah etdi
ki, hətta bizim təyyarə istehsal etmək imkanımız olsa belə, ilk
növbədə idarəetmə miqyasında və siyasətçilərin mövqeyində
təyyarə istehsalının “əhəmiyyəti və prioriteti”ni, eləcə də bu
baxımdan “ictimai məmnuniyyəti” qiymətləndirməliyik.
Məleki izah edib ki, “İran Pakistan və ya Şimali Koreya kimi ola
bilməz və rəhbərlər İran xalqının razılığını nəzərə almalıdırlar”.
“Radikalların səslərini susdurmaq olmaz. Məmurlar
radikallaşmamalıdırlar”
Universitetin siyasət professoru İran-İsrail atəşkəsindən sonra bir
qrup yerli radikalların reaksiyası və müharibənin davam
etdirilməsi tələbi ilə bağlı deyib: “Bu səsləri susdurmaq olmaz.
Məsul şəxs danışanda bu səs önəmli olur. O zaman məsul şəxs
dediyi sözlər üzərində iki dəfə düşünməlidir. Çünki onun nəticələri
insanların ölümünə səbəb ola bilər”.
Abbas Mələki əlavə edib: “Ümumiyyətlə, mən ölkədəki qərarların
qəbulu prosesindən narazı deyiləm. Çoxlarından fərqli olaraq, bu
hökumətdə müzakirə və məsləhətləşmələrin olmasını yaxşı hesab
edirəm”.
“İran-İsrail atəşkəsi çətin ki, tezliklə pozulsun”
Məleki atəşkəsin tezliklə pozulmaq təhlükəsi ilə üzləşəcəyinə
inananlarla razılaşmır. O izah edir ki, “nüvə yayındırıcılığına (bu
nəzəriyyə, bir tərəfin gücdən istifadə etmək təhdidlərinin digər
tərəfi başqa bir hərəkət kursunu başlatmaqdan çəkinməyə necə
inandıra biləcəyinə dair təcrübəyə istinad edir – tərc.) nail olmasaq
da, bizim raketdən çəkindirmə qabiliyyətimiz, canlı qüvvəmiz və
s.işləyir”. Digər tərəfdən məlum oldu ki, İsrailin də “nüvə
yayındırıcılığı” yoxdur”. Onun fikrincə, “İranın əsas çəkindiricisi
düşmənin (İsrailin) “Evin” həbsxanasına hücum edərək İranda
nəyinsə baş verəcəyini düşünməsi idi, lakin bu baş vermədi”.
O, İran və İsrail arasında yenidən müharibənin başlayacağını çətin
hesab etdiyini və baş versə belə, İranın yenə də müqavimət
göstərəcəyini vurğulayır. Maleki izah edir ki, İsraillə yanaşı neçə
ölkənin, o cümlədən ABŞ, İngiltərə, Fransa və sairənin bu
müharibədə iştirak etdiyini, habelə bu hökumətlərin öz
ölkələrindəki qəbul səviyyəsini nəzərə alaraq, son nəticədə
müharibənin yenidən başlaması ehtimalının faizi azalır.
O deyir: “Amma universitetlərin bağlanması, fabriklər və sairənin
yarı güclə işləməsi, bu qorxu və ümid vəziyyəti düşmənin istədiyi
kimidir və biz buna son qoymalıyıq”.
“Rusiyanın İrana qoşulmaması bu müharibənin gizli xeyir-duası
idi”
Digər bir sual isə “Şərqə baxış” siyasəti və bununla bağlı səslənən
tənqidlər və bu müharibə zamanı Rusiya və Çinin davranışları ilə
bağlı idi. Məleki deyir ki, “İranın belə bir vəziyyətdə nə Çindən,
nə də Rusiyadan heç vaxt kömək ümidi olmayıb və “Şərqə baxış”
hay-küyü də İran İnternasionalının uydurmasıdır!”. O, kitabının
təqdimat mərasimində eyni sözləri deyən İranın Rusiyadakı səfiri
Cəlalidən sitat gətirir: “Tehran heç vaxt Kremldən bir hərəkətin
düzgün olub-olmaması barədə mövqeyini xahiş etməyib!”
Məleki deyir ki, “Şərqə baxış iqtisadi və siyasi əlaqələrimizi
gücləndirmək deməkdir və çox yaxşı ki, onların NATO-su yerinə
Şanxayımız və Avropa Birliyi yerinə EKO-muz (İƏT) vardır”.
Keçmiş diplomat bir daha təkrar edir: “Müharibə olacağı təqdirdə
İranın Rusiyadan kömək istəməməsi bu müharibə üçün bir növ
gizli lütf idi.”
“1921-ci il müqaviləsinə edilən dəyişikliklərdən sonra biz heç vaxt
Rusiyadan müharibədə kömək istəməmişik, onlar da bizdən!”
Məleki İran və Sovet İttifaqı arasında 1921-ci ildə bağlanmış
müqaviləyə də toxunub və onun bəndlərindən birində deyilir ki,
Rusiya əks-inqilabi qüvvələri nə vaxt İran vasitəsilə Rusiyaya
hücum etmək istəsə, Rusiya qüvvələri İran ərazisinə daxil olmaq
hüququna malikdir. Abbas Mələki 1979-cu ildə İnqilab Şurası
tərəfindən ləğv edilmiş bu bəndi İranın başı üzərindən asılmış
Demokl qılıncına bənzədir. O bildirib: “Bu dəyişiklikdən sonra heç
vaxt belə bir söhbət olmayıb ki, müharibə olacağı təqdirdə Rusiya
İrana kömək edəcək və ya əksinə! Və nə yaxşı ki, Rusiya ilə
müdafiə müqaviləmiz yoxdur”.
“İranın tək olmasının üstünlüyü”
O, Çin haqqında da deyir ki, İranla bu ölkə arasında 25 illik saziş
mövcuddur, müqavilə deyil. Maleki davamında deyib: “Bizim heç
kimlə bu söhbətlərimiz yoxdur. Ərəb ölkələri bir-birinə yaxınlaşa
bilər, məsələn, Misir və Suriya bir vaxtlar yaxınlaşıb Birləşmiş
Ərəb Respublikasını yaratdılar. İranın tək olmasının öz
üstünlükləri var. Tək olmağın üstünlüyü ondan ibarətdir ki,
qonşularınızın sizə kömək etməyəcəyini bildiyiniz zaman
qollarınızı çırmalayıb özünüz nəsə etməli olacaqsınız”.
“Biz qonşularımızı seçə bilmrik. Biz onlarla birlikdə qurmalıyıq”
Ümumiyyətlə, siz hər nə desəniz də İranın pərdə arxasında
məsələn, ruslarla bir iş görməsi barəsində düşünmək səhvdir.
Əslən, elə deyil, amma unutmaq olmaz ki, qonşuları dəyişmək
mümkün deyil. Məsələn, siz deyə bilməzsiniz ki, mən Rusiyanı
çox sevmirəm və mən Rusiya əvəzinə Kanada ilə qonşu olmaq
istəyirəm. Bu, məntiqli deyil. Ona görə də biz bu qonşularla qurub
yaratmalıyıq. Biz müdafiə müqavilələri və sazişləri
imzalamamalıyıq. İndi də belədir. Bizim hərbi, texnoloji, neft-qaz,
siyasi və sair sahələrdə əməkdaşlığımız var.
Rusiya-Ukrayna müharibəsində İran istehsalı olan pilotsuz
təyyarələrin olmasının İran üçün problem yaratması, bunula belə,
İran-İsrail müharibəsində Rusiyanın qınağındandan başqa heç bir
səsin çıxmaması və Hətta İran rəsmilərinin də bu məsələ ilə bağlı
təkbətək şikayət etmələri məsələsinə cavab olaraq Məleki deyib:
“Dövlət məmurları da İran xalqının bir hissəsidir. İranda rusofob
mühit hökm sürür. Məndə də var. Hesab edirəm ki, İran üçün
Rusiya münasibətdə ən yaxşı siyasət Rusiya ilə əməkdaşlıq
etməkdir. Rusiyada hansı rejimin iş başında olmasının bizim üçün
əhəmiyyəti yoxdur. Rusiya bizim mühüm qonşumuzdur”.
“Hörmüz boğazının bağlanması İrana Səudiyyə Ərəbistanı və
BƏƏ-dən daha zərərlidir. İranın boğazdan o tərəfdə neft kəməri
yoxdur, amma onlarınkı var”
Abbas Maleki ilə söhbətin bu hissəsində son sual Hörmüz
boğazının bağlanması və bu daimi təhlükənin radikalların İranın
qarşı tərəflərinə real təsiri ilə bağlı idi. Cənab Məleki dəlillərə
əsaslanaraq deyib ki, “İran yəqin ki, bundan daha çox zərər
çəkəcək və belə bir hadisənin baş verməsi ehtimalı yoxdur, amma
hər halda İranın əlində güclü alət var”.
Maleki izah edib: “Dünyada xam neft hasilatının təxminən beşdə
biri hər gün Hörmüz boğazından keçir, bu da təxminən 20 milyon
bareldir! Normalda Səudiyyə Ərəbistanı və ya BƏƏ-nin Hörmüz
boğazına ehtiyacı varsa, bizim ona onlardan daha çox ehtiyacımız
var! Səudiyyə Ərəbistanının Qırmızı dənizə boru kəməri var. O, bu
xətt və eyni zamanda İraq xətti ilə təxminən 2,5 milyon barel neft
ixrac edə bilər. BƏƏ-nin Füceyrə adlı boğazdan keçən boru
kəməri var. Onların hamısının boru kəmərləri vardır!
Amma İranın bütün bu 46 il ərzində Hörmüz boğazından neft
kəməri keçməyib, ona görə də Hörmüz boğazını bağlasam, birinci
mən zərər çəkəcəyəm.
Amma İranın bütün bu 46 il ərzində Hörmüz boğazından keçən
neft kəməri olmayıb. Deməli, Hörmüz boğazını bağlasaq, hamıdan
çox əziyyəti biz çəkəcəyik. Hazırda hesab edirəm ki, Hörmüz
boğazı açıq qalacaq və bu, bütün ölkələrin, ən çox da İranın
maraqlarına uyğundur”.
Mənbə
Asiya Tohidnejad, “İnsaf News”
Səməd Bayramzadə

Şərhlər bağlıdır.