11 kişini öldürən qadın

Son 20 il ərzində nikaha girdiyi və ya siğə yolu ilə birlikdə olduğu 11
kişini öldürən mazandaranlı Gülsüm Əkbərinin mühakiməsi olub.
Bu haqda İran mediası məlumat yayıb.
G.Əkbəri ilk öncə cinayətlərini inkar etsə də, ölünün lentə aldığı qətl
səhnələrinin məhkəmədə nümayiş etdirilməsindən sonra cinayətlərini
etiraf etsə də, qətllərlə bağlı sualların çoxunu cavabsız qoyub.
Gülsüm Əkbərinin qurbanlarının 41 yaxını və ailə üzvü ondan şikayət
edib.
“Qatil qadın tora saldığı kişilərə cinsi fəallığı artıran və başqa dərmanlara
qatdığı uyuşdurucu maddələr qatmaqla onları anestazi edib və sonradan
öldürüb”,- məlumatda qeyd olunub.
G.Əkbərinin mühakiməsinin davam etdiyi və barəsində qəti hökmün
yaxın günlərdə veriləcəyi bildirilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.