BMT-nin İranla bağlı çağırışı: Ölüm hökmü dayandırılsın

Birləşmiş Millətlər Təşkilatı İranda edamların sayının kəskin artması ilə
bağlı dərin narahatlığını ifadə edib və ölkədə ölüm hökmünün tətbiqinin
dərhal dayandırılmasına çağırıb.
Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün
yaydığı bəyanatda bildirilib: – Bu ilin əvvəlindən İranda yüzlərlə edam hökmünün həyata keçirilməsi
ilə bağlı hesabatlar vəziyyətin nə qədər narahat edici olduğunu və
ölkədə ölüm hökmünün tətbiqinin təcili dayandırılmasının vacibliyini
göstərir.
Qurumun hesabatına görə, 2025-ci ilin əvvəlindən İranda ən azı 612
nəfər edam edilib.
BMT-nin bəyanatına görə, 2025-ci ilin birinci yarısında edamların sayı
keçən ilin eyni dövründə qeydə alınan rəqəmdən iki dəfə çoxdur; 2024
cü ilin birinci yarısında 297 edam qeydə alınıb.
İnsan Hüquqları üzrə Ali Komissar bildirib ki, mövcud məlumatlar İranda
məhkəmələrin çox vaxt bağlı qapılar arxasında keçirildiyini və ədalətli
məhkəmə standartlarına cavab vermədiyini göstərir.
Bununla eyni vaxtda bir sıra qeyri-hökumət təşkilatları da İran
hakimiyyətinin İsraillə 12 günlük müharibədən sonra yüzlərlə insanı həbs
etdiyini və onlarla insanı edam etdiyini bildiriblər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.