Millətin min illik bir
oyun havası,
mat qaldığı dünyadı –
könül dünyası.
Ulu Öndər əl qaldırıb
oynayır
saz
havasına.
El qovuşur fərəhlənib
payızda
yaz
havasına!
O Tay – Araz
havasına.
Deyir Şərqə can sözünü
Avropa
caz
havasına.
Bir mömin qalxır minbərə,
o da namaz
havasına.
Xalqlar çıxır seyrangaha,
qədim
Qafqaz
havasına.
Bu yandan Ərdoğan gəlir,
o yandan güclü
Pakistan,
deyilən söz
havasına.
Oyanıbdı türk dünyası,
yüz milyon…
yüz
havasına.
İlham Ali Baş Komandan!
Zaman verir,
hökmü-zaman,
bu dəfə,
öz
havasına!
Nəriman Həsənzadə,
Xalq Şairi
Şərhlər bağlıdır.