Bugünlərdə geniş təbligat məqsədi daşıyan bir erməni saytının fəaliyyəti
diqqətimizi cəlb etdi. Bu sayt özünü “Qeqart” Analitik Fondu kimi təqdim etsə
də kimlik və mənsubiyyət göstərmədən beynəlxalq akademik mühitdə meydan
sulayır. Azərbaycan alimlərini gözdən salmaq, Azərbaycan tədqiqatçılarının
əməkdaşlıq etdiyi elmi jurnalları nüfuzdan salmaq məqsədi daşıdığı aydın olur.
Əvvəlcə bunların kimliyini müəyyənləşdirməyə çalışaq. “Qeqart” – qədim adı
Ayrivang olan mağara monastır kompleksidir ki, İrəvan şəhərindən 40 km
cənub-şərq istiqamətdə yerləşir. Ermənilərə aid olması ilə əlaqədar mötəbər bir
məlumat yoxdur. Hal-hazırda ermənilər ona Geqart monastırı adı veriblər və bu
monastırın himayəsi ilə “Geqart” fondu yaradılıb. YUNESKO-nun Dünya
Mədəni İrs Siyahısına daxil edilmiş bu monastırın yaratdığı “fond” mədəniyyət
abidəsi kimi, dini qurum olaraq özlərinə aid dəyərləri təbliğ etsələr, yaqin ki, heç
kim təəccüb etməz.
Lakin bunlar nə edirlər? Azərbaycan, ingilis, rus və erməni dillərində bir sayt
yaradıblar. Sayt bütünlüklə Azərbaycana qarşı təxribat, Azərbaycan alimlərinin
tədqiqatlarına, beynəlxalq akademik mühitdə çap olunmuş elmi məqalələr,
konfrans materialları və çıxışlar haqqında təxribatlar yayır. Diqqəti cəlb edən
odur ki, ciddi alimlərin yazılarını təxribat etməyə çalışan bu adamlar alim və
tədqiqatçı deyil və ümumiyyətlə kimlikləri məlum deyil. Yəni, açıq elmi fikir irəli
sürməkdən, müzakirələrə və əsaslandırılmış fikir yürütməyə hazır deyillər.
Məsələn, Azərbaycan “Aşot Qulyanın” heykəlini məhv etdi, “Aznavur dağıldı”,
“Karapet döyüldü” və s. bu kimi xəbərlərlə yanaşı dünyanın bir sıra nüfuzlu elmi
jurnallarında çap olunmuş Azərbaycan alimlərinin məqalələrinə beynəlxalq
məlumat bazalarına şikayət edirlər. Əlbətdə ki, bunların “informasiya küyü”
yaratmaqlarının bir təsiri də var və bu təsiri diqqətdən kənara qoymaq olmaz.
Erməni kilsə qurumlarının məqsədli təxribatlarının qarşısını kəsmək, onları ifşa
etmək istiqamətində xeyli işlər görülür və mütləq də bu işlər davam etməlidir.
Normal halda beynəlxalq elmi məlumat bazaları elmi məqalələrlə əlaqədar iddia
və təklifləri yalnız mütəxəssilər tərəfindən qəbul edir. İddiaçının elmi dərəcəsi
və iddia obyekti ilə əlaqədar tədqiqatları və təcrübəsi olmalıdır. Ancaq bunlar
ermənidir, işləri hay-küy salmaq, su bulandırmaq, yeri gələndə də bu hay-küyü
özlərinə “elmi mənbə” etməyə adat ediblər. Komik bir mənzərə ortaya çıxır. Bu
ermənilər əvvəl nağıl və rəvayətlət yaradırlar, sonra bu nağıl və rəvayətləri tarixi
fakt olaraq təqdim edirlər, etiraz olunduqda isə “akademik etikanın” pozulduğnu
iddia edirlər.
Biz, Azərbaycan tədqiqatçıları uzun müddət bu kimi təxribatlara əhəmiyyət
verməmişik. Ermənilərin elmi mühitdə dövriyyəyə daxil etdikləri, “ilk xristian
dövləti”, “ilk kosmanavt” və “Nuh peyğəmbərinin” erməni olması haqqında
cəfəngiyyatlara əhəmiyyət vermədikcə bu “toxumlar cücərməyə” başlayır, yeni
qol-qanad açır və sonradan qalın-qalın kitablara çevrilir. Eləcə də diqqəti cəlb
edən odur ki, bu işi görən rəsmi dövlət qurumu deyil, akademik müəssisə də
deyil, bir kilsə qurumudur. Bu kilsə qurumları İbadət etmək, insanlarını imana
çağırmaq əvəzinə təxribatla məşğuldurlar.
Türküyənin nüfuzlu «Akademik Tarih ve Düşünce Dergisi» və Rusiyanın
«Современная научная мысль»(“Müasir elmi düşüncə”) jurnalında çap
olunmuş məqələlər bu kilsə fondunun təxribatçılarının diqqətini cəlb edib. Daha
dögrusu onlara bərk təsir edib. Qeyd edək ki, adları çəkilən bu jurnallar tanınmış
elmi jurnallardır, dünyanın nüfuzlu məlumat bazalarına daxildirlər və çap
etdikləri məqalələr geniş akademik mühitə təqdim olunur.
Məqalələrin elmiliyinə şübhə edən bu kilsə təmsilçiləri alternativ bir fikir irəli
sürmürlər, sadəcə olaraq şikayət edirlər. Məsələn kimdən? Azərbaycanın
tanınmış alimi Nazim Mustafa “İrəvan tarixini” hər-hansı bir erməni
mütəxəssisindən daha yaxından bilir və onların tarixi faktlarla manipulyasiya
etmək cəhdlərini daim ifşa edib. Nazim Mustafanın “İrəvan Şəhərində İslam
İrsinə Qarşı Erməni Vandalizmi” məqaləsi onların xoşuna gəlməyib. Eləcə də,
tədqiqatçı Fazil Baxşəliyevin 2024-cü ildə «Akademik Tarih ve Düşünce
Dergisində» çap olunmuş “Deportations of Azerbaijanis From West Azerbaıjan
and the Concept of Return” məqaləsi də onların xoşlarına gəlməyib. Nə olsun,
nə etməliyik? Deportasiyanı inkar etməliyik?
Bu kilsə fondu Rusiyanın “Müasir elmi düşüncə” jurnalında tanınmış
Azərbaycan alimləri Xəlilov E.Ş., Əhmədova N.A., Güntəkin Nəcəfli, X.N.
İsmayılovun məqalələri haqqında Rusiya Elmlər Akademiyasının Rəyasət
Heyətinə şikayət edib. Onlar da bilirlər ki, Rusiya Elmlər Akademiyasının
Rəyasət Heyyəti bu məsələdə, bu mövzularda “hakim” deyil. Şikayət edən tərəf
də akademik qurum deyil və bu səbəbdən də bu məsələ müzakirə belə
olunmayacaq. Əlbəttə ki, məqsəd yenə də gündəm yaratmaq, su bulandırmaq
və təxribat etməkdir.
Tanınmış alim, dosent Nadir İsmayılov və fəlsəfə doktoru Daşqin
Məhəmmədlinin 2025-ci ildə, «Akademik Tarih ve Düşünce Dergisində» çap
olunmuş “Qərbi Azərbaycan Tarixinə Dair Sənəd Axınının Təşəkkülü və
İnkişafı” adlı məqalə də bu “Qeqart” kilsə fondunun xoşuna gəlməyib. Niyə
xoşlarına gəlmədiyini yazmayıblar, ancaq biz ehtimal edirik ki, niyə xoşlarına
gəlməyib. Bu məqsədlə də hörmətli həmkarlarımızı təbrik edirik və gələcək
tədqiqatlarının daha da kəsərli olmalarını arzu edirik.
Azərbaycanda genişlənməkdə olan akademik mühit öz bəhrəsini verir. Nüfuzlu
elmi jurnallarda alimlərimizin çap olunan analitik məqalələri tarixi saxtakarlıqları
ifşa edir, uzun illər yaradılmış nagıl və rəvayətlər üzərində qurulmuş tarixi
fikirləri alt-üst edir və Azərbaycan elmi fikir sahiblərinin “imzasını” tanıdır.
Pərviz Kazımi,
fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.