İranın cənub-şərqində naməlum şəxslər iki patrul maşınına atəş açıblar.
Bu barədə Azerbaycan-ruznamesi.org İRNA agentliyinə istinadən məlumat
yayıb.
Məlumata görə, azı beş polis əməkdaşı ölüb.
İran tərəfi hadisəni “terror hücumu” adlandırıb.
Bildirilib ki, hücum edənlər cinayət yerindən qaçıblar.
Rəsmi mənbələrin bəyanatına görə, terror aktını həyata keçirənlərin
aşkarlanması və təqib edilməsi əməliyyatı təhlükəsizlik qüvvələrinə və hüquq
mühafizə orqanlarına həvalə edilib.
Şərhlər bağlıdır.